Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilə bilər
Baş nazir Narendra Modi əmindir ki, Hindistan yaxın bir neçə ildə dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək.
Valyuta.az bu barədə “Economic Times”a istinadən xəbər verir.
"Bu gün bütün dünya hökumətimizin sürətini, eləcə də böyük məqsədlərimizi və cəsarətimizi izləyir", deyə Modi bildirib.
Siyasətçi vurğulayıb ki, 2014-cü ildə Hindistan 11-ci ən böyük iqtisadiyyat idisə, bu gün ölkə 5-ci yerdədir. O, həmçinin Hindistanın rəqəmsal iqtisadiyyatda liderliyinə diqqət çəkib.
Yanvarda Hindistan fond bazarının kapitallaşması baxımından ilk dəfə olaraq Honq-Konqu ötüb. Hindistan fond bazarı 4,3 trilyon dollara çatıb.
İlk dəfə olaraq ekspertlər 2023-cü ilin dekabr ayının əvvəlində Hindistan bazarının üstünlükləri haqqında ciddi danışmağa başlayılar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay