Bank
06.02.2024 / 10:50
“Ziraat Bank Azərbaycan" ASC-nin mənfəəti 13%-ə qədər artıb
41792
“Ziraat Bank Azərbaycan" ASC 2023-cü ili 8 milyon 512 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çoxdur.
Ötən il “Ziraat Bank Azərbaycan"ın gəlirləri 57 milyon 937 min manat olub. Bu, əvvəlki illə müqayisədə 35,3% çoxdur, xərcləri 33,013 milyon manat (38,2% çox), xüsusi ehtiyatlara ayırmaları 14,283 milyon manat (50,6% çox), mənfəət vergisi ödəmələri isə 2,128 milyon manat (12,6% çox) təşkil edib.
2023-cü il “Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 23% artaraq 519,709 milyon manata, o cümlədən depozit portfeli 29,5% artaraq 411,422 milyon manata, balans kapitalı isə 9,9% artaraq 116,976 milyon manata çatıb.
Nara
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay