Baydenin LNG ilə bağlı qərarı Avropada tənqid edildi
Neft rəhbərləri ABŞ prezidenti Co Baydenin yeni mayeləşdirilmiş təbii qaz (LNG) ixrac terminallarının təsdiqini dayandırmaq qərarını tənqid ediblər.
Valyuta.az "Financial Times"a istinadən xəbər verir ki, "Shell"in baş icraçı direktoru Vael Savan bunu qlobal enerji şəbəkəsinin onurğa sütununa çevrilmiş LNG sənayesinə etimadı sarsıdacacağını deyib.
Savan administrasiyanın son açıqlamasının qısa və ya orta müddətli LNG tədarüklərinə mütləq təsir etməyəcəyini, lakin uzunmüddətli perspektivdə inamı sarsıtdığını bildirib.
"Shell" həmçinin ABŞ-da yerləşən "Venture Global LNG" ilə mübahisəyə girərək, şirkəti çox milyard dollarlıq tədarük müqaviləsini yerinə yetirməkdən imtina etməkdə günahlandırıb. Sentyabr ayında o, BP ilə birlikdə şirkətə qarşı arbitraj prosesinə başlayıb. Qəzet yazır ki, "Venture Global" ittihamları rədd edib.
"ExxonMobil"in Baş Maliyyə Direktoru Katye Mikells də qərarı tənqid edərək, bunun ölkələri kömürdən uzaqlaşdırmaq səylərinə zərər verə biləcəyini söylədi: "Bu o deməkdir ki, bütün dünyada kömür əvəz etmək üçün daha az ABŞ təbii qazı mövcuddur, bu, şübhəsiz ki, pis bir şeydir".
LNG ixrac zavodlarının təsdiqini dayandırmaq qərarı, Bayden administrasiyasının seçki ilində ekoloji düşüncəli seçicilərdən dəstək qazanmaq cəhdi kimi qəbul edilir. Lakin neft şirkətləri israr edirlər ki, LNG-nin daha çirkli kömürün əvəzində enerji keçidində mühüm rolu var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay