Polşa sərhəddə Ukraynanın kənd təsərrüfatı məhsullarının yoxlanmasını gücləndirir
Polşa həddindən artıq dərəcədə ixrac olunan Ukrayna kənd təsərrüfatı məhsullarına nəzarəti gücləndirəcək və yoxlamaları aktivləşdirəcək.
Valyuta.az xəbər verir ki, bu açıqlamanı Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Naziri Çeslav Sekierski X şəbəkəsində bildirib.
“Ukraynadan AB-nin istehsal tələblərinə cavab verməyən kənd təsərrüfatı məhsullarının həddən artıq idxalı Polşa kənd təsərrüfatının rəqabət qabiliyyətini təhdid edir”, - deyə məlumatda bildirilir.
Nazirlikdən verilən məlumata görə, Ukraynadan gətirilən kənd təsərrüfatı məhsullarına baxış çərçivəsində nazir Medıka və Korçova keçid məntəqələrində olub.
Polşanın kənd təsərrüfatı və kənd inkişafı nazirinin müavini Mişal Kolodziejçak bundan əvvəl Ukrayna ilə Doroquska sərhəd-keçid məntəqəsinə baş çəkib.
Daha əvvəl bildirilmişdi ki, Polşa aviadaşıyıcıları 2023-cü il noyabrın 6-dan Ukrayna ilə sərhədi bağlayır. Onlar yük daşımalarının keçməsi üçün üç keçid məntəqəsini bağlayıblar: Korçeva - Krakovets, Qrebennoye - Rava-Russkaya və Doroqusk - Yaqodin. Noyabrın 23-də Medika-Şeqini keçid məntəqəsinin də blokadasına başlanılıb.
2023-cü ilin dekabrında yerli Polşa hakimiyyəti etirazçılara sərhəddə etiraz aksiyaları keçirməyi qadağan edib, lakin sonradan məhkəmə bu qərarı ləğv eləyib.
Buna görə də dekabrın 18-də polşalı yük maşınları Ukrayna ilə sərhəd Doroquskda əsas keçid məntəqələrindən birinin - Yaqodin blokadasını bərpa ediblər.
Dekabrın 22-də Ukrayna və Polşa sərhədlərin açılması üçün fəaliyyət planı barədə razılığa gəliblər.
Yanvarın 6-da Polşa hökuməti Ukrayna ilə sərhədin blokadasına son qoymaq üçün nəqliyyatçılara qoşulan fermerlərlə müqavilə imzalayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay