BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
41646

Azərbaycan bankları ölkənin regionlarında kredit verməyə elə də həvəs göstərmirlər.

Bunu Azərbaycan Mərkəzi Bankının kreditləşmə ilə bağlı açıqladığı statistika da göstərir.

Belə ki, 2023-cü ilin sonuna bankların kredit portfeli 23,2 milyard manat təşkil edib ki, bunun da 17,7 milyard manatı və 76 %-i Bakı və onun ətrafında formalaşıb. Bəs banklar niyə regionlarda kredit vermək istəmir?

Valyuta.az xəbər verir ki, iqtisadçı-ekspert Elman Sadıqov deyir ki, regionlarda kredit verməyin riski Bakı ilə müqayisədə yüksəkdir: "Nəinki Bakı ilə regionlar arasında, hətta ayrı-ayrı rayonlar arasında risk dərəcələrində fərq var. Məsələn, Aran rayonlarında risk daha yüksəkdir. Çünki biznes mühiti zəifdir, dövriyyə azdır və bu rayonlarda yaşayanlara verilmiş kreditlər vaxtında və yaxud ümumiyyətlə geri qaytarılmaya bilər. Şimal və Şimal-Qərb rayonlarımızda isə risk nisbətən aşağıdır. Çünki həmin rayonlar iqtisadi baxımdan aktivdir, turizm obyektləri mövcuddur və vətəndaşlar aldıqları kreditləri normal qaytara bilərlər".

Bundan başqa, onun sözlərinə görə, regionlarda yaşayan əhalinin maliyyə savadlılığı, kreditə yanaşması (məsuliyyəti) paytaxtla müqayisədə zəifdir: "Bakı və onun ətrafında yaşayanların çoxu bilir ki, kredit götürübsə onu vaxtında qaytarmalıdır, əgər qaytarmasa ona qarşı hüquqi tədbirlər görə bilərlər, girov qoyduğu əmlakı əlindən çıxa bilər. Regionlarda yaşayanlar dediyim məsələlər barədə elə də düşünmürlər. Çünki rayon yerində hamı bir-birini tanıyır, kiməsə qarşı sərt addımlar atmaq, əmlakını əlindən almaq çətindir. Mental amillər var. Kəndlərdə bir evdə bir neçə ailə yaşayır. Bunların evsiz qalması məsələsi var. Dədə-baba evləridir. Digər tərəfdən rayonda, kənddə heç kim "bankda batan ev"i almaq istəmir. Yəni, regionlarda müsadirə edilmiş əmlakları satmaq asan deyil. Halbuki, Bakıda girov əmlakların satılması problem deyil".

Digər ekspert Xalid Kərimli də hesab edir ki, bankların Bakı və onun ətrafına fokuslanması təkcə risk amili ilə bağlı deyil, həm də paytaxt və regionların iqtisadi inkişafı arasındakı fərqdən qaynaqlanır: "Bakıda yaşayanların gəlirləri regionlarla müqayisədə xeyli yüksəkdir. Paytaxtda orta aylıq əmək haqqı regionları azı 30-40 % üstələyir. Bütün iqtisadiyyat demək olar ki, Bakıda cəmləşib. Şirkətlərin çoxu buradadır. Üstəlik, regionlardakı daşınmaz əmlakların çoxunun qeydiyyatı yoxdur. Bu da onların girov qoyulmasına mane olur. Bakıda isə əmlakın qeydiyyatı sarıdan vəziyyət xeyli yaxşıdır".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin