BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
41599

Vergi Məcəlləsinə əlavə edilən 152.3 və 221.1-1 maddələrinə görə sadələşmiş vergi ödəyicisi olan fiziki şəxslər rüb ərzində, gəlir vergisinin ödəyicisi olan mikro sahibkar olan fiziki şəxslər isə il ərzində ödədikləri məcburi dövlət sosial sığorta haqqı (MDSS) məbləğinin 25%-ni vergi öhdəlikləri ilə əvəzləşdirə biləcəklər.

Valyuta.az-ın APA-ya istinadən məlumatına görə, Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən fiziki şəxslər minimum aylıq əməkhaqqının 50%-i miqdarında, digər sahələrdə fəaliyyət göstərən mikro sahibkarlar isə minimum əmək haqqının 25%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Hal-hazırda minimum əmək haqqı miqdarı 345 manat təşkil edir. Bakı şəhərində fəaliyyət göstərən sadələşmiş vergi ödəyiciləri özlərinə görə rüb ərzində 258.75 manat ((345*25%)*3) MDSS ödəyirlər. Vergi Məcəlləsinə yeni edilən əlavələrdən sonra sahibkarlar 64.7 manatı ( 258.75*25%) rüb ərzində yaranan vergi öhdəliklərindən çıxa biləcəklər. Beləliklə, sadələşmiş vergi ödəyiciləri il ərzində ödədikləri vergi öhdəliklərini 258.8 (64.7*4) manat azaldacaq.

Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən mikro sahibkarlar il ərzində 2070 manat (345*50%)*12), digər sahələrdə fəaliyyət göstərən mikro sahibkarlar isə il ərzində 1035 manat MDSS ödəyirlər. Vergi Məcəlləsinə edilən yeni əlavələrdən sonra Bakı şəhərində tikinti sektorunda fəaliyyət göstərən mikro sahibkarlar il ərzində 517.5 manatı ( 2070*25%), digər sahədə fəaliyyət göstərən sahibkarlar isə 258.75 manatı ( 1035*25%) gəlir vergisi öhdəliyindən çıxa biləcəklər.

Qeyd edək ki, Vergi Məcəlləsinin 221.1-1 maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Vergi Məcəlləsinin 152.3 maddəsinə əsasən isə, gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin