Xaricdən gətirilən toyuq yumurtaları Rusiya rəflərinə yetişmədi
İdxal yumurta, yəqin ki, heç vaxt Rusiya pərakəndə satış şəbəkələrinə çatmayıb.
Valyuta.az xəbər verir ki, “İzvestiya” qəzeti məhsulların taleyi barədə qida bazarı ekspertlərinə istinadən yazır.
Məqalədə göstərilir ki, əcnəbi toyuq yumurtaları emal üçün, məsələn, qənnadı sənayesində istifadə üçün göndərilib.
Mütəxəssislərin fikrincə, pərakəndə satış şəbəkələri üçün xaricdən tədarükçülərlə uzunmüddətli müqavilələr bağlamaq sərfəli deyil, buna görə də idxal olunan yumurtalar Rusiya Federasiyasına daxil olmur.
Nəşrin məlumatına görə, faktiki idxal tədarükü ölkədə yumurtanın qiymətinin sabitləşməsinə heç bir şəkildə təsir göstərməyib. Qiymətləri saxlamaq, məhsula olan tələbatı daxili bazar hesabına ödəmək mümkün olub. Bundan əlavə, pərakəndə satış şəbəkələri birbaşa istehsalçılarla və uzun müddətə müqavilə bağlaya bilərdi.
2024-cü il yanvarın 1-dən Rusiya hökuməti tədarük həcmi 1,2 milyard ədədə qədər olan toyuq yumurtalarının idxalı üçün rüsumları sıfırlayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay