BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
41573

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.

1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib.

Respublikamızda Gənclər Gününün qeyd olunması isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili” elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Dünya bazarlarında neft və qazın son qiyməti

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdi

"Gazprom"un 9 aylıq mənfəəti 990 milyard təşkil edib - Famil Sadıqov

"Gazprom"un 9 aylıq mənfəəti 990 milyard təşkil edib - Famil Sadıqov

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat - SƏHƏR OXUSU

"Kommersant T.A" cərimə olunur

"Dragon Motors Sales" barəsində protokol niyə yazılıb?

ALROSA almaz layihəsindəki payını Oman dövlət fonduna satdı

"Bakı Süd Co" cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin