Xəbər
01.02.2024 / 16:50
Sabiq nazirə məxsus olduğu deyilən məşhur otellə şirkət arasında məhkəmə
41559
“Yeni Qalaaltı Hotel Company” MMC “Nilay Travel” MMC-ni məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, otelin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Zaur Pirverdiyevin icraatındadır.
Məhkəmə çəkişməsi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
Mediada gedən məlumatlara görə, “Yeni Qalaaltı Hotel Company”nin sahibi keçmiş vergilər naziri Fazil Məmmədovdur.
Fazil Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub. O, 2022-ci ildə dünyasını dəyişib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay