BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.8386
  • RUB
    0.0174
  • TRY
    0.0496
  • GBP
    2.2094
41556

Azərbaycanda bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür. Ötən il 2021-ci ilə nisbətən 19 dəfə çox elektromobil idxal olunub.

Valyuta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib. O bildirib ki, rəqəmlər elə də böyük deyil:

"Bu, idxal olunan nəqliyyat vasitələrinin 3,5 faizini təşkil etsə də, iki il ərzində kəskin artımı görürük. Bu o deməkdir ki, 2019-cu ildən başlayan stimullaşdırıcı tədbirlər öz bəhrəsini verir. Hazırda ölkənin nəqliyyat parkına baxanda 80 faizdən çox nəqliyyat vasitəsinin istimar müddətinin 10 ildən çox olduğunu görürük. Onlardan 5 faizi isə 20 ildən yuxarı istehsal buraxılış ilinə malikdir. Nəqliyyat parkının yaş strukturuna baxanda atmosfer havasına ən çox mənfi təsir edən amilin nəqliyyat vasitələri olduğuna təəccüblənməmək lazımdır. Nəqliyyat vasitəsi köhnəldikcə atmosferə atılmalar da artmaqdadır”.

O qeyd edib ki, 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 keçiriləcək:

“Beynəlxalq tədbirin əsas məqsədi ətraf mühitin yaxşılaşdırılması, atmosferə atılan istixana qazlarının azaldılmasına xidmət etməkdir. Yeni utilizasiya proqramının qəbul edilməsi də COP29-a bir töhfədir və bu il çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən biridir. Əminik ki, həmin proqram da qısa müddət ərzində atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin icrasına kömək edəcək".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AMB ölkədə inflyasiyanın artıran və azaldan amilləri açıqlayıb

Mərkəzi Bank neft və qazın qiyməti ilə bağlı proqnozunu açıqlayıb

“QR” kodlar vasitəsilə edilən fişinq hücumlar və onlardan qorunma yolları

170 milyonluq cinayətdə adı hallanan vəzifəli şəxslər - SİYAHI

Niyə bəzi adamlar pul qazana bilirlər, bəziləri yox?

Prezident vağzalda və "28 May"da aparılan abadlıq işləri ilə tanış oldu (YENİLƏNİB)

Azərbaycanda mobil nömrələr satışa çıxarılır - 75 min manata...

Mərkəzi Bankda yüksək vəzifə verilən məmurlar KİMDİR?

Mərkəzi Bankda yüksək vəzifə verilən məmurlar KİMDİR?

Velosiped və skuter ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad edildi

Ən varlı rusların sərvəti ilin əvvəlindən 26 milyard dollar artıb

İki aylıq təmirə dayanan STAR NEZ fəaliyyətini bərpa edib

Mərkəzi Bankın valyuta ehtiyatları bu il 241 mln. manat azalıb

AMB: Bu ilin sonuna illik inflyasiya 5,1 % olacaq

AMB: Bu ilin sonuna illik inflyasiya 5,1 % olacaq

"Apple"ın gəlirləri 6% artsa da, mənfəəti azaldı

"Apple"ın gəlirləri 6% artsa da, mənfəəti azaldı

AMB valyuta bazarına satışyönlü müdaxilə edib

"Amazon"un gəlirləri gözləniləndən daha yüksək oldu

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir

"İntel" tarixinin ən böyük zərərini açıqladı

"İntel" tarixinin ən böyük zərərini açıqladı

Qızıl və gümüş bahalaşıb

Neftimiz bahalaşıb

COP29 ərəfəsində bölgələrdəki hotellərdə qiymətlər necədir? - Endirimlər də var

Nazirliyin iki zavoduna yeni direktor təyin edildi

Zədələnmiş pul harada və necə dəyişdirilir? (VİDEO)

AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib

Avro bahalaşdı - Məzənnə

Ən çox biznes kreditini hansı sahibkarlıq subyektləri götürür? - Siyahı

"Almet Baku" gömrük qaydalarını pozmaqda ittiham edilir

Borclarımızı qaytarmaq üçün 10 qızıl qayda - SƏHƏR OXUSU

Borclarımızı qaytarmaq üçün 10 qızıl qayda - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin