BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
41526

Ötən il Azərbaycanın ümumi ixracı 33,9 milyard dollar olub və bunun 3,3 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artıb.
2023-cü il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon dollar) birinci, pambıq (123,7 milyon dollar) ikinci, qızıl (162,8 milyon dollar) üçüncü, pomidor (162 milyon dollar) isə dördüncü olub.

Ötən il xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin və fərdi sahibkarların ilk onluğu isə aşağıdakı kimi olub.

Şirinov Elvin Valeh oğlu – 128,2 milyon dollar
“MKT İstehsalat Kommersiya” MMC –  88,8 milyon dollar
“Baku Steel Company” QSC – 63 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi – 59,2 milyon dollar
“Best Logistik” MMC – 44,4 milyon dollar
“My Fruit” MMC – 38,9 milyon dollar
“STP Global Cable” MMC – 35,8 milyon dollar
“P-Aqro” MMC – 33,4 milyon dollar
Muradova Sahibə Səlimət qızı – 31,4 milyon dollar
“Mors Trading” MMC – 27,9 milyon dollar

Qeyd edək ki, ötən il qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən qeyri-dövlət suyektlərinin siyahısında 2 fərdi sahibkar yer alıb.

Şirinov Elvin Valeh oğlu 2022-ci illə müqayisədə ixracını təxminən 3 dəfə artıraraq  ötən il 128,2 milyon dollara çatdırıb.

İlk onluqda yer alan digər fiziki şəxs – Muradova Sahibə Səlimət qızı isə ilk dəfə ötən il məhsul ixrac etməyə başlayıb. Muradova Sahibə ilk dəfə məhsul ixrac etməsinə baxmayaraq 31,4 milyon dollarlıq ixracla ilk onluğa düşə bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin