İqtisadiyyat
30.01.2024 / 11:14
Tomat ixracımız azalıb
41367
2023-cü ildə Azərbaycan 161 milyon 983 min ABŞ dolları dəyərində 140 min 587 ton həcmində tomat ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2022-ci illə müqayisədə miqdar ifadəsi ilə 0.6% və ya 832 ton, dəyər ifadəsi ilə 3.3%, yaxud da 5 milyon 624 min ABŞ dolları azdır.
2022-ci ildə bu rəqəm miqdar ifadəsi ilə 141 min 419 ton, dəyər ifadəsi ilə 167 milyon 608 min ABŞ dolları olub.
Qeyd edək ki, 2023-cü ildə tomat ixracı qeyri-neft sektoru üzrə ixracın 4.84%-ini təşkil edib bu da əvvəlki illə müqayisədə 0.66% çoxdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay