BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
41336

“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Ukrayna Meydanı” Mənzil-Tikinti Kooperativini məhkəməyə verib. 

Valyuta.az xəbər verir ki, ASC-nin iddiasına Xətai Rayon Məhkəməsində baxılacaq. 

İlahə Abbasova iş üzrə hakim təyin edilib. 

Məhkəmə çəkişməsinin səbəbi sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

“Azsığorta” ASC MTK-dan subroqasiya qaydasında pul edir. 

Subroqasiya hüququ tələb hüququnun ötürülməsidir. Yəni, sığortaçı zərəçəkmişə dəyən zərərin məbləğini ödədikdən sonra ziyan vuran şəxs qarşısındakı tələb hüququ avtomatik olaraq sığortaçıya keçir. 

Subroqasiya hüququ Mülki Məcəllə və "İcbari sığortalar haqqında" Qanunla tənzimlənir.

“Ukrayna Meydanı” MTK inşaat şirkəti olduğundan güman edilir ki, mübahisə daşınmaz əmlakla bağlıdır. 

“İcbari Sığortalar haqqında” Qanunun 49-cu maddəsindən aydın olur ki, daşınmaz əmlakla bağlı subroqasiya hüququndan o zaman istifadə edilə bilər ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.

“Ukrayna Meydanı” MTK 5 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 000 AZN olan şirkətin qanuni təmsilçisi Quliyev Arif Yunis oğludur. 

“Azsığorta” ASC-yə gəlincə, şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

ASC-nin sahibi isə İsmayılov Hikmət Abuzər oğludur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinin sahibidir.

Hüseyn
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Dünya bazarlarında neft və qazın son qiyməti

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdi

"Gazprom"un 9 aylıq mənfəəti 990 milyard təşkil edib - Famil Sadıqov

"Gazprom"un 9 aylıq mənfəəti 990 milyard təşkil edib - Famil Sadıqov

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat - SƏHƏR OXUSU

"Kommersant T.A" cərimə olunur

"Dragon Motors Sales" barəsində protokol niyə yazılıb?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin