Gömrük
28.01.2024 / 15:22
Bu məhsulun ixracı artıb, gəliri azalıb
41196
2023-cü ildə Azərbaycan 11 min 187 ton miqdarında, 31 milyon 285 min ABŞ dolları dəyərində pambıq ipliyi ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə miqdar ifadəsi ilə 2 min 564 ton (30%) çox, dəyər ifadəsi ilə 1 milyon 834 min ABŞ dolları (5.5%) azdır. 2022-ci ildə bu rəqəmlər 8 min 623 ton miqdarında, 33 milyon 119 min ABŞ dolları dəyərində olub.
2023-cü ildə iplik pambığın bir tonu 2796 dollara satılıb ki, bu da əvvəlki illə müqayisədə 27%, yaxud da 1044 dollar azdır.
2022-ci ildə iplik pambığın bir tonu 3840 dollara satılıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay