BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
41044

Vergi öhdəliyinə möhlət verilməsi mexanizmi müasir iqtisadi şəraitə uyğunlaşdırılıb.

Valyuta.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib edilib ki, Vergi Məcəlləsində vergi borcuna görə möhlət verilməsi mexanizmi sahibkarlıq subyektlərinin kateqoriyası üzrə borc məbləğindən asılı olaraq müəyyən edilmişdi. Məcəlləyə əsasən mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2.000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 manatdan və iri sahibkarlıq subyektinin borcu 100.000 manatdan az olarsa vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmırdı. Bu səbəbdən vergi borcu qeyd edilən məbləğlərdən az olan vergi ödəyiciləri möhlət hüququndan istifadə edə bilmirdilər.

İnzibatçılığın yüngülləşdirilməsi məqsədilə edilən dəyişikliyə əsasən bu məbləğlərin ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 500 manat məbləğində müəyyən edilməsi təsbit olunub. Bununla da kreditləşdirilən minimum borc məbləğləri müvafiq olaraq 2000, 20 000 və 100 000 manatdan 500 manata endirilib ki, bu da bu alətdən faydalanmaq istəyən vergi ödəyiciləri üçün əlverişli imkan yaradır.

Digər tərəfdən, Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ilədək qüvvədə olan redaksiyasında mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 100.000 manatdan və iri sahibkarlıq subyektinin borcu 300.000 manatdan yuxarı olarsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə vergi ödəyiciləri tərəfindən müraciətə müvafiq sənədlərlə yanaşı əlavə olaraq bank zəmanəti, zaminlik və ya girov müqaviləsinin, yaxud əmlakın siyahıya alınmasına dair yazılı razılığın əlavə edilməsi tələb edilirdi. Dəyişikliyə əsasən, bu məbləğlər ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 300 000 manat müəyyən edilir. Bu da bu alətdən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün inzibatçılığın sadələşdirilməsinə imkan verir.

Eyni zamanda, vergi borcuna möhlət verilməzdən əvvəl borc məbləğinin 10 faizini ödəməklə, vergi ödəyicisi möhlət aldıqdan sonra qarşılıqlı razılaşmaya uyğun olaraq vergi borcunu ödəmə niyyətinin olması ilə bağlı iradə ifadəsini nümayiş etdirmiş olacaq.

Bu istiqamətdə digər bir dəyişiklik vergi ödəyicilərinin yaranmış borclarını birdəfəyə ödəmək imkanı olmadıqda yaranmış vergi borcuna möhlət verilməsi hüququndan istifadə edə bilməsinin işlək mexanizminin yaradılmasıdır. Bu məqsədlə Nazirlər Kabineti tərəfindən vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiq ediləcək və bu alətdən istifadə edilməsi vergi ödəyiciləri tərəfindən borcların daha rahat şəkildə ödənilməsi imkanlarını yaratmış olacaq.

Əlavə olaraq bu istiqamətdə bır sıra dəyişikliklər edilib:

Dövlət satınalmalarından irəli gələrək və ya mövsümi işlərlə əlaqədar vergi borcuna möhlət verilməsi ilə bağlı müraciət edən vergi ödəyicisinin vergi orqanında uçotda olması tələb edilən müddət 3 ildən 2 ilə endirilir;

Vergi ödəyicisi tərəfindən son bir il ərzində müddəti uzadılmış vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır;

Möhlət müddəti ərzində möhlət verilmiş borca münasibətdə borcun alınması ilə bağlı tədbirlər dayandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin