Xəbər
23.01.2024 / 20:28
“Mozaik Qrup” 1500 manat cərimələnə bilər
41003
“Mozaik Qrup” MMC gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
Fevralın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək.
485.2-ci maddədə vəzifəli şəxslərin min manat məbləğində, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay