BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
40928

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Fərdi İnkişaf Portalını istifadəyə verib.

Valyuta.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Dövlət Vergi Xidməti insan resurslarının inkişafı məqsədilə yeni layihələrin tətbiqi istiqamətində işləri davam etdirir. Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması siyasətinə, inkişaf və motivasiyaya söykənən və gələcəyə baxış konseptinə əsaslanan yeni layihələrdən biri də əməkdaşların təlim ehtiyaclarının fasiləsiz təmin olunması məqsədilə yaradılmış virtual təlim platforması - Fərdi İnkişaf Portalıdır. Beynəlxalq təcrübəni nəzərə almaqla ərsəyə gətirilmiş bu platforma vergi əməkdaşlarının fərdi inkişaf təcrübəsini zənginləşdirməyə imkan verir.

Dövlət strukturları arasında müasir tələbləri tam peşəkarlıqla əks etdirən E-təlim platforması bu formatda ilk dəfə tətbiq olunur. Platformanın yaradılmasını şərtləndirən səbəblərdən biri də təlim-tədris istiqamətində özünüöyrətmə mədəniyyəti formalaşdırmaqdır. Portal əməkdaşların təlim ehtiyaclarını təmin etməklə yanaşı, vaxtın idarəedilməsi imkanlarına malikdir, ənənəvi təlim və kurslardan fərqli olaraq, işçilərin vaxt itkisini minimallaşdıran rəqəmsal həllə söykənir.

Portalın mobil əlavəsi də hazırlanıb. Bu tətbiq mobil telefonlar vasitəsilə vergi işçilərinə istənilən yerdə və istənilən saatda təlimlərə qoşulmaq imkanı yaradır. Platformanın əsas üstünlüyü isə təlim materiallarının əməkdaşlar üçün daim əlçatan olmasıdır.

E-təlim platforması daha çox elektron təlimlərə fokuslansa da, hibrid tədrisi də dəstəkləyir. Təlimin müddəti, əhatə olunan mövzular funksional istiqamətlərə, təlimə cəlb ediləcək əməkdaşın iş stajı, işlədiyi sahə, gördüyü işin mahiyyəti və s. amillərə əsasən dəyişir. Müddət əməkdaşların iş yükünün həcminə və istiqamətlərə uyğun qaydada müəyyən edilir. E-təlim platformasından istifadə icbarilik və könüllülük əsasında həyata keçiriləcək. Kursları bitirən əməkdaşlar bununla bağlı sertifikat əldə edəcəklər.

“İnkişaf et, hədəfinə çat!” çağırışına söykənən Fərdi İnkişaf Portalı əməkdaşların iş vaxtına qənaət etməsini, təlim vaxtını sərbəst seçməsini, fərdi öyrənmənin üstünlüklərini təmin edəcək. Təlim alətləri isə tədrisin keyfiyyətinin artmasına, özünüinkişafı stimullaşmağa, vaxt planlamasının optimallaşdırılmasına imkan verəcək, xərclərin və sərf olunan əməyin azalmasına, təhsili fərdiləşdirmək yolu ilə bilik və bacarıqların inkişafına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin