BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
40866

Yayda məşhur futbolçuları astronomik qiymətlərə alan Səudiyyə Ərəbistanı klubları bu ənənəni davam etdirməkdə maraqlıdır. 

Valyuta.az xəbər verir ki, ulduz futbolçuları yüksək məbləğ qarşılığında heyətlərinə qatan ərəblər futbolda yeni “maliyyə fırtınası” yaratmışdı. Hətta hazırda Avropada çıxışını davam etdirən bir çox aparıcı futbolçulara da cəlbedici təkliflər göndərən, ancaq istədikləri cavabı ala bilməyən klublar görünür bu məsələdə inadkarlıqlarından əl çəkməyəcəklər. Belə ki, ərəb klubları yenidən böyük pullar qarşılığında qalan məşhur ulduzları da ələ keçirmək niyyətindədir. 

Ərəblər təxminən 2,5 milyard avro xərcləməyə hazırlaşdıqları üçün “Mançester Siti”dən belçikalı Kevin De Bruyne, “Liverpul”dan misirli Mohamed Salah və “Tottenhem”dən cənubi koreyalı Son Henq-Mini hələ yaya fasiləsində transfer etmək istəyirdilər. 

Xarici KİV-lərin birindəki hesabata görə liqaya daha böyük adları cəlb etmək istəyən Yaxın Şərq klubları üçün hazırda ən vacib hədəflər yenə “Mançester Siti”, “Liverpul” və “Tottenhem”in ulduzlarıdır. Ərəblər ötən mövsüm Salahı “Liverpul”dan almağa çalışsa da Premyer Liqa təmsilçisi futbolçusunu satmaqdan imtina etmişdi. Həmçinin De Bruyne bu mövsümün əvvəlində mümkün transfer kimi diqqət mərkəzində idi. 

Səudiyyə Ərəbistanı Pro Liqasının hazırkı çempionu “Al-İttihad” keçən yay Salah üçün 150 milyon funt-sterlinq təklif etsə də, “Liverpul” onu buraxmadı. Misirli ulduz hazırda Premyer Liqanın geridə qalan 20 turu ərzində vurduğu 14 qolla, Yurgen Kloppun komandası üçün həlledici oyunçu olmaqda davam edir. Ancaq ərəb menecerlər 31 yaşlı futbolçunu öz klublarına cəlb edə biləcəklərinə inanırlar və bu səbəbdən onu diqqətdə saxlayırlar.

De Bruyne də Səudiyyə Ərəbistanı çempuionatı üçün ən çətin transfer hədəflərindən biridir. Mövsümün ilk oyununda zədələnən belçikalı bir müddət öncə komandaya qayıdıb. Onun da Salah kimi müqaviləsi 2025-ci ilə qədərdir, lakin Qvardiola bu müddəti uzatmaqda maraqlıdır. Nəticə etibarı ilə, “Mançester Siti”, şübhəsiz, böyük bir ödəniş tələb edəcək. Son Henq-Minin ərəb ölkəsinə yollanmasının qarşısını isə “Tottenhem” almışdı. 

Buna baxmayaraq, Kriştiano Ronaldo, Kərim Benzema və Neymar kimi ulduzları almağa nail olan ərəb klublarının növbəti yay transfer pəncərəsində yeni məşhur adlar üçün daha 2,5 milyard avro xərcləməyə hazır olduğu bildirilir.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Dünya bazarlarında neft və qazın son qiyməti

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin