“AFB Bank”ın mənfəəti 3 milyon manatdan çox azalıb
“AFB Bank” ASC 2023-ci ili 7 milyon 652 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 29,7%, yaxud da 3 milyon 232 min manat azdır.
Ötən il "AFB Bank”ın gəlirləri 30,332 milyon manat (əvvəlki illə müqayisədə 2,3% çox), xərcləri 23,733 milyon manat (18,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 3,528 milyon manat (9,5% az) təşkil edib.
Hesabat dövrünə “AFB Bank”ın aktivləri 330,668 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,1% çoxdur. Bunun 162,098 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 8,4% böyüyüb.
2023-cü ildə “AFB Bank”ın öhdəlikləri 25,7% artaraq 249,998 milyon manata, o cümlədən depozit portfeli 44,8% artaraq 168,256 milyon manata çatıb, balans kapitalı isə 3,4% azalaraq 80,669 milyon manata düşüb.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay