BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
40556

Müasir tibb elmi duzu da “üç ağ” zəhərdən biri hesab edərək onun qəbulunun azaldılması ilə bağlı çağırış etsə də, bəzi həkimlər isə orqanizmin tamamilə duzdan imtina etməsinin yaxşı olmadığını bildirir. Onlar isə bunu duzun tərkibində olan bir çox mineralların insan orqanizminə faydası ilə əlaqələndirirlər. Satışda isə müxtəlif adda, müxtəlif markalarda, qiymət fərqləri olan duzlar satılır. Nəzərə alsaq ki, duzdan imtina etməyimiz bir o qədər də asan deyil, bəs o zaman onun ziyanını da azaltmaq üçün bu məhsulu seçərkən nəyə diqqət edək?

Hansı duzların tərkibi minerallarla zəngindir? Valyuta.az bu sualları qida mütəxəssisi Ağa Salamovla müzakirə edib.

Ağa Salamov deyir ki, duzun insan orqanizminə böyük faydaları var. Çünki duzda olan elementlər insan həyatı üçün önəmli və vacibdir: “Lakin insan orqanizminə faydalı duz dedikdə tərkibində axarlılığını, nəmişliyini, ağlılığını qorumaq üçün qatqı maddəsi əlavə edilən duzlar nəzərdə tutulmur”.

Ekspert deyir ki, duzların ömrünü uzatmaq üçün onlara bir çox qatqı maddəsi əlavə olunur: “Bəzi duzlara E173 kodu ilə tanınan natrium aluminium silikat əlavə olunur. Rəngləndirici və nəmişliyə qarşı istifadə olunur. Duz kristallarının şəkillənməsi və axarlılığını isə aluminium hidroksid təmin edir. Titan dioksid E171 kodu ilə tanınır. Duzu nəmdən mühafizə edir (vitrin ömrünü uzadır) və rəngini ağartmaq üçün istifadə olunur. Normal rafinə olunmamış duzun tərkibində kalium yodid təbii şəkildə var. Rafinə olunmuş duza isə kimyəvi kalium yodid qatılır. Bu isə insan orqanizminin bütün balansını təmin edən qalxanabənzər vəzin balansının pozulmasına səbəb olur. Duzun rəflərdəki ömrünü uzatmaq və toparlanma probleminin qarşısını almaq üçün satışa çıxarılan duzun tərkibinə kalium ferrocyanid (E 536), sodyum ferrocyanide (E 535) və kalsium ferrocyanid (E 538) kimi qatqı maddələri əlavə olunur. Adlarını çəkdiyim alüminium duzları, sodium aluminium və alüminium hidroksid bədənə daxil olduğu zaman bir yandan orqanizmdəki kalsium, dəmir, fosfor və maqnezium minerallarınin sorulmasını azaldır, digər tərəfdən isə alüminiumun beyində yığılması ilə yaddaş pozğunluğu, alzeimer, zəka zəifliyi və iflicə səbəb ola bilir”.

“Bəs duz seçərkən nəyə diqqət edək” sualına cavab olaraq ekspert bildirib ki, süfrə duzları birbaşa insan orqanizmi üçün təhlükəlidir: “Ancaq mineral tərkibli duzlar insan orqanizmi üçün faydalıdır. Bu duzlar tərkibində 86 mineral olan Himalay duzudur, Naxçıvan duzu olan qaya duzudur( bu duzun da düzgün emal olunmuşu lazımdır) və dəniz duzlarıdır. Rafinə olunmamış duzlardan ən yaxşısı Himalay duzudur, doğrudur, bir az bahadır. Amma nəzərə alsaq ki, bir insan gün ərzində 5 qram duz istifadə etməlidir, o zaman bu duzdan istifadə etməyə dəyər. Bundan əlavə Naxçıvanın tərkibi minerallarla zəngin qaya duzlarından da istifadə etmək olar. Ancaq mən dəniz duzlarını məsləhət görmürəm, çünki qaya duzlarında olan mineralların sayı daha çoxdur və daha faydalıdır”.

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyədə məşhur idman brendi cərimələndi – məhsulunda donuz dərisi çıxdı

Prezident İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib

Bu MTK-nın yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Bu səhvlərə görə kartdan pul oğurlanır - AÇIQLAMA

Restoranda ciddi nöqsanlar aşkarlandı - Sahibi cərimələndi

Çin ABŞ bazarından uzaqlaşır - RƏQƏMLƏR

Xaricdən ilk 3 ayda 30 milyonluq mebel almışıq

Xarici banklar Bakı metrosunda tikinti işlərinə kredit ayıra bilər

Prezidentin son Sərəncamı 2 469 şəxsə şamil olunacaq

"Ford" ticarət müharibəsinə görə Çinə avtomobil ixracını dondurdu

Şokolad idxalı əridi: 600 tona yaxın azalma

Orxan Fikrətoğluna mədəniyyət nazirliyində vəzifə verildi

Orxan Fikrətoğluna mədəniyyət nazirliyində vəzifə verildi

Turizm Agentliyi ərəb jurnalistlər üçün 847 min manatlıq səfər təşkil edəcək

Nazirə məxsus şirkətin xeyli miqdarda vergi borcu var

Toyda zəhərlənməyə görə kim məsuliyyət daşıyır?

Həkimlərə saxta sertifikat verənlərlə bağlı QƏRAR - Səhiyyə Nazirliyində rüşvət işi

Bakının bu rayonunda 110 bina söküləcək

Özbəkistan 200 min manata “qızıl viza” satmağa başlayır - Özəllikləri

Kartofun qiymətində artım - Azərbaycanda bahalaşma Avropanı da geridə qoydu

18 yaşlı azərbaycanlı tələbənin əsəri Dubayda 15 min dollara satıldı

İcra başçısına 39 yaşlı birinci müavin təyin edildi

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək

Milli Məclisə yeni sektor müdirləri təyin edildi

Səftər Rəhimli bu akademiyaya prorektor gətirildi

Bu ölkədən gətirilən pomidorlarda virus aşkarlandı

Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? - Rəsmi cavab

Rəcəb Hüseynov “Para” BOKT-un İdarə Heyətindən çıxarılır

Azərbaycanda bahalaşan və ucuzlaşan kənd təsərrüfatı məhsulları – SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin