“Access Bank”ın nağd vəsaitlərinin məbləği 28 milyon manata yaxın azalıb
“Access Bank” 2023-cü ildə 39 milyon 838 min manat mənfəət əldə edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Access Bank”ın 2023-cü ildə əldə etdiyi xalis mənfəət 2022-ci illə müqayisədə 24 milyon 801 min manat, yaxud da 2,6 dəfə çoxdur.
Hesabat dövründə bankın faiz gəlirləri ötən illə müqayisədə 38,9% artaraq 195 milyon 339 min manat təşkil edib.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 36,7% artaraq 17 milyon 878 min manat olub.
“Access Bank” ın aktivləri 2023-cü ildə 1 milyard 392 milyon 287 min manat olub, bu isə illik müqayisədə 223 milyon 432 min manat yaxud da 19,1% çoxdur.
Hesabat dövründə bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin məbləği 27 milyon 633 min manat, yaxud da 18,1% azalaraq 124 milyon 771 min manat olub.
“Access Bank” 2023-cü ildə öhdəliklərinin məbləği 1 milyard 255 milyon 172 min manat olub, bu isə illik müqayisədə 18,8% çoxdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay