“Bank Avrasiya” kiçilib - 39 milyon manatdan çox azalma
“Bank Avrasiya” ASC 2023-cü ili 6 milyon 621 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,6 dəfə çoxdur.
“Bank Avrasiya” nın gəlirləri 18 milyon 587 min manat təşkil edib, bu, illik müqayisədə 20% çoxdur.
2023-cü ildə “Bank Avrasiya” nın faiz gəlirləri 2022-ci illə müqayisədə 23,7% artaraq 15 milyon 780 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 2022-ci illə müqayisədə 2023-cü ildə 1,2% artaraq 2 milyon 807 min manat təşkil edib.
“Bank Avrasiya”nın 2023-cü ildə faiz xərcləri 43,2% artaraq 3 milyon 128 min manat təşkil edib, bankın qeyri-faiz xərcləri 21,5% artaraq 8 milyon 424 min manat olub.
Bu il yanvarın 1-nə “Bank Avrasiya”nın aktivləri 184 milyon 538 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7 %, yaxud da 39 milyon 731 min manat azdır.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 30,8%, yaxud da 46 milyon 362 min manat azalaraq 104 milyon 099 min manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay