Bank
06.01.2024 / 23:07
Bank kartları ilə bağlı problem hələ də davam edir - Rəsmi açıqlama
39922
Bir neçə saatdır bəzi banklara məxsus kart əməliyyatlarında problem yaranıb. Müştərilər bildirir ki, kartlar işləmir, heç bir əməliyyat həyata keçirmək mümkün deyil.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı “Azərikard” açıqlama yayıb:
“Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər yaranıb.
Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay