Keçmiş nazirin bankı ilə ölkənin ən iri şirkətlərindən biri arasında kredit qalmaqalı
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bankı kimi tanınan “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə “Cahan Holding” MMC-nin törəmə şirkətləri arasında məhkəmə çəkişməsi davam edir.
Valyuta.az xatırladır ki, “Bank of Azerbaijan” ASC “Cahan Holding”ə daxil olan “Cahan-Pen” MMC, “Cahan-İnşaat” MMC və “Cahan-Motors” MMC-ni kredit müqaviləsinə dair mübahisələrdən dolayı məhkəməyə verib.
İşə birinici instansiya məhkəməsi olaraq Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsində baxılıb.
Bankın iddiası təmin edilmədiyinə görə apellyasiya şikayəti verib. Lakin apellyasiya mərhələsi də “Bank of Azerbaijan” ASC üçün uğursuz olub.
Artıq bank Naxçıvan MR Ali Məhkəməsinə kassasiya şikayətyi verib. Hər üç iş hakim Vüqar Quliyevin icraatındadır.
“Cahan Holding” Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun şirkəti kimi tanınıb. İddialara görə, Vasif Talıbov vəzifəsindən azad edildikdən sonra sözügedən holdinqə də nəzarəti itirib.
“Bank of Azerbaijan” ASC-yə gəlincə, 2016-cı ildə bankın liszenziyası ləğv edilib. Hazırda bank ləğv prosesindədir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay