BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
39469

“Bir çox insan yaradıcı şəxsə dəstək ilə, lori dildə desək “dilənçiliyi” səhv salır. “Kofe.al” nə ianə toplamaq, nə də dilənçilik məqsədi ilə qurulmayıb”.

Bunu “Kofe.al” layihəsinin rəhbəri Orxan Əhməd Valyuta.az-a deyib.

Orxan bəy ortağı Nicat Əsədovla ABŞ-da “Buymecoffee” adlı layihədən ilhamlanaraq “Kofe.al” startapını qurublar. “Kofe.al” platformasında yaradıcı insanlar bir-birilərinə virtual formada kofe alaraq dəstək olurlar. “Kofe.al” üzvü və istifadəçisi olmaqla, izləyicilər, pərəstişkarlar, sifarişçi və ya dostlarınızdan gördüyünüz iş üçün maddi dəstək ala, abunəlik proqramını işə sala, məhsul və ya xidmətlərinizin rahatlıqla onlayn satışını həyata keçirə bilərsiniz:

“Kofe.al” platformasında insanlar bir-birinə virtual kofe alırlar və bu bir dəstək jesti kimi qiymətləndirilməlidir. Tələbat və maraq var, hər gün kimsə izlədiyi, dəstək olduğu şəxsə “kofe” alır. Əlbəttə, gündəlik bu say yüzlər və minlərlə deyil, amma onlarla virtual kofenin alındığını deyə bilərik. Burda qeyd edilməli digər məqam da var. Müşahidələrimiz onu göstərir ki, öz “Kofe.al” səhifəsini izləyiciləri ilə aktiv şəkildə paylaşanlar dərhal dəstək ala bilirlər. Bəzi üzvlərimiz düşünür ki, “Kofe.al”da hesab açdıqdan sonra, insanlar sayta gəlib ordan onları axtarıb tapıb, “kofe” alacaq. Realda isə bu proses əksinə işləyir. Yəni yaradıcı şəxs öz səhifəsini öz kanalları vasitəsilə paylaşmalıdır”.

Deyirlər ki, bu tipli layihələr Azərbaycanda çox da irəliləyə bilmir. Orxan bəy də qeyd edir ki, Azərbaycanda həm rəqəmsal yaradıcı şəxslərin sayı azdır, həm də dəstək haqqında yanlış fikirlər var:

“Azərbaycanda influencer və rəqəmsal yaradıcı şəxslərin sayı çox azdır. Bizim hesablamalara görə, bu rəqəm 10 min nəfəri keçmir. Digər problem istər yaradıcı şəxslər, istərsə də onların izləyiciləri arasında bu növ dəstək haqqında yanlış fikirlərin mövcudluğudur. Bir çox insan yaradıcı şəxsə dəstək ilə, lori dildə desək “dilənçiliyi” səhv salır. “Kofe.al” nə ianə toplamaq, nə də dilənçilik məqsədi ilə qurulmayıb. Bu metodu “Facebook”, “İnstagram”, “Youtube” və “Tiktok” kimi nəhəng sosial media platformaları özlərində tətbiq edir və xarici məzmun yaradıcılarının gəlirlərinin bir hissəsi məhz bu cür metodla formalaşır. Ümumiləşdirsək, bizim insanların beynində - internetdə hər şey pulsuzdur - kimi fikir formalaşıb və buna görə də, onlayn izlədikləri kontentin arxasında çəkilən əziyyəti anlamaqda çətinlik çəkirlər”.

O.Əhməd bildirir ki, gələcəklə bağlı planları genişdir. Platformanın xüsusiyyətlərini daha da genişləndirib, xarici bazara çıxmaq məqsədləri var: 

“Biz startap layihəyik və biznes modelimiz bir tək virtual kofe alışı üzərində qurulmayıb. Layihəmizin əsas hissəsi e-ticarət üçün həllər üzərində fokuslanıb. 

Tezliklə biz “Kofe.al” daxilində e-ticarət üçün həllimizi də aktivləşdirəcəyik və bundan sonra, məzmun yaradıcıları yalnız onlara hədiyyə edilən kofelərdən deyil, öz rəqəmsal məhsul və xidmətlərini satmaqla daha çox gəlir əldə edə biləcəklər. Biz isə öz növbəmizdə Azərbaycan bazarı ilə kifayətlənməyib, yeni ildən eyni layihənin Türkiyə bazarı üçün versiyasını istifadəyə verəcəyik. Azərbaycan bazarı ilə müqayisədə Türkiyə bazarı həm rəqəmsal məzmun yaradıcıları sayı, həm də e-ticarət aktivliyi baxımından bir neçə dəfə böyük və daha aktivdir. Türkiyədən sonra, növbəti hədəflərimiz Orta Asiya ölkələri olacağını qeyd edə bilərəm”. 

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? - Mərkəzi Bankdan qərar

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Almaniyada yeni hökumət qurulur

Almaniyada yeni hökumət qurulur

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? (VİDEO)

Magistratura imtahanında iştirak bahalaşıb

Rubl bahalaşdı, avro ucuzlaşdı

Azərbaycan neftinin qiyməti 64 dollara düşüb

Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı

Azərbaycanın hərbi prokurorları - SİYAHI

Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

"Bitcoin" 81 min dollar oldu - Kriptovalyutaların qiyməti artdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin