Bank
27.12.2023 / 10:24
“Access Bank” depozit faizlərini endirib
39452
“Access Bank” müddətli əmanət faizlərini endirib.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Belə ki, bankın 24 ay müddətinə təklif etdiyi müddətli manat depoziti üçün faizləri aylıq əsasda 1% azaldaraq 10,5%-dən 9.5%-ə endirib.
Bank 2 illik əmanətlər üzrə müddətin sonuna hesablanan gəlir faizini isə 11%-dən 10%-ə kimi azaldıb.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay