BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
39424

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda təqribən 2 milyard ədəd yumurta istehsal edilib, bu isə ölkədəki bu məhsula olan tələbatı tam ödəyir.

Valyuta.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.

M.Həsənli bildirib ki, hazırda Rusiya bazarına yumurta ixracı [dekabr ayında 1,2 milyon ədəd yumurta tədarük edilib] artır: “Bunun daxili bazara heç bir təsiri olmayacaq. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir”.

Onun sözlərinə görə, bu ilin ilk 10 ayında Azərbaycan 2,853 milyon ABŞ dolları dəyərində 40 milyon 984,56 min ədəd toyuq yumurtası ixrac edib: “Bunun 1,86 milyon ABŞ dolları dəyərində 26 milyon 706,96 min ədədi Birləşmiş Ərəb Əmirliklərinin, 445,73 min ABŞ dolları dəyərində 6 milyon 462,36 min ədədi İraqın və 547,47 min ABŞ dolları dəyərində 7 milyon 815,24 min ədədi Qətərin payına düşüb".

M.Həsənli qeyd edib ki, Azərbaycana, həmçinin az həcmdə yumurta idxal olunur: "2022-ci ildə ölkəyə cəmi 1,27 milyon ədəd yumurta gətirilibsə, bu ilin 10 ayı ərzində 1,5 milyon ədəd yumurta idxal olunub".

Son günlər daxili bazardakı qiymət artımına toxunaraq, assosiasiya rəhbəri qeyd edib ki, nəinki son günlərdə, hətta son aylarda birliyimizdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib: “Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur. Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı 5 milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır”.

O əlavə edib ki, Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir: "İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik. Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdandansatış qiymətlərində hər hansı dəyişiklik etməyib. Eyni zamanda vətəndaşlarımızı əmin edirik ki, əhalimizin tələbatını ödəyəsi həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil. Satış şəbəkələrinin sizləri aldatmasına imkan verməyin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

15 dəqiqədə 2,5 ton pul oğurladılar - Sonrakı hadisələr daha çox səs gətirdi

Regional Təhsil İdarəsinə yeni təyinat

900 manata görə bu şirkətin əmlakı satışa çıxarılacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Hisə verilmiş məhsulların sağlamlıq üçün - ƏSAS TƏHLÜKƏSİ

“LG” və "Samsung" Hindistan hökumətini məhkəməyə verib

Bu şirkətin 144 min manatlıq vergi borcu var

İlon Maskın yeni çipi kor insanların görmə qabiliyyətini bərpa edəcək

İlon Maskın yeni çipi kor insanların görmə qabiliyyətini bərpa edəcək

Ekoloqlar Misirin çimərlikləri üçün ciddi təhlükə barədə xəbərdar etdi

Kanada tibb işçiləri üçün iş imkanı - Müraciət qaydası

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

“Azərbaycan kənd təsərrüfatı məhsulları Avropa standartına cavab vermir" - Ekspert

Türkiyədə məşhur idman brendi cərimələndi – məhsulunda donuz dərisi çıxdı

Prezident İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib

Bu MTK-nın yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Bu səhvlərə görə kartdan pul oğurlanır - AÇIQLAMA

Bu səhvlərə görə kartdan pul oğurlanır - AÇIQLAMA

Restoranda ciddi nöqsanlar aşkarlandı - Sahibi cərimələndi

Çin ABŞ bazarından uzaqlaşır - RƏQƏMLƏR

Xaricdən ilk 3 ayda 30 milyonluq mebel almışıq

Xarici banklar Bakı metrosunda tikinti işlərinə kredit ayıra bilər

Prezidentin son Sərəncamı 2 469 şəxsə şamil olunacaq

"Ford" ticarət müharibəsinə görə Çinə avtomobil ixracını dondurdu

Şokolad idxalı əridi: 600 tona yaxın azalma

Orxan Fikrətoğluna mədəniyyət nazirliyində vəzifə verildi

Orxan Fikrətoğluna mədəniyyət nazirliyində vəzifə verildi

Turizm Agentliyi ərəb jurnalistlər üçün 847 min manatlıq səfər təşkil edəcək

Nazirə məxsus şirkətin xeyli miqdarda vergi borcu var

Toyda zəhərlənməyə görə kim məsuliyyət daşıyır?

Həkimlərə saxta sertifikat verənlərlə bağlı QƏRAR - Səhiyyə Nazirliyində rüşvət işi

Bakının bu rayonunda 110 bina söküləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin