BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
39249

Ölkəmizdə əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yerlərdən birini ət məhsulları tutur. Millət olaraq əti sevir, süfrələrimizi daim ət yeməkləri ilə bəzəyirik. Lakin ət qiymətlərindəki artım istehlakçıları məyus edir. İki ildir ki, ətin ucuzlaşmasını deyil, bahalaşmasını müşahidə edirik. Bir neçə il öncə kiloqramına 11 manat verdiyimiz əti bu gün 15-18 manata alırıq. 

Ötən həftə Dövlət Gömrük Komitəsinin ölkəyə ət idxalı ilə bağlı açıqladığı rəqəmlər ətsevərləri yenidən həyəcanlandırıb. Komitənin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkəyə 35 milyon dollarlıq ət gətirilib. Yəni Azərbaycan 34 min 860 ton ət idxal edib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 054 ton, dəyər baxımından isə yeddi milyon 385 min ABŞ dolları çoxdur.

Bundan öncə mütəxəssislər bahalaşmanın səbəblərindən biri kimi ətə olan tələbatı göstərirdilər. Yəni tələb çox, istehsal az idi. Bəs ölkəyə ət idxalının artması qiymətləri stabilləşdirə, ətin bahalaşmasının qarşısını ala bilərmi?

Ət məhsullarını idxal ediriksə...

İqtisadçı Fuad İbrahimov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, ətin bahalaşmasına təsir edən ilk amil yem bazarındakı qiymət artımıdır: “Hazırda Azərbaycan kənd təsərrüfatı sektorunda çoxşaxəli siyasət həyata keçirir. Bu gün biz ət məhsullarını istehlak bazarına idxal ediriksə, deməli, hazırda üzümçülüyə, pambıqçılığa, taxılçılığa daha çox önəm veririk. Bunlar strateji məhsullar sırasına aiddir və ixrac potensialımızı yüksəldir. Ət məhsullarının xaricdən gətirilməsini neqativ hal kimi qəbul edənlər də var. Amma nəzərə almaq lazımdır ki, dünyada yem bazarında kifayət qədər bahalaşma var. Hazırda ölkədə yem bazarının artırılması, onun qiymətlərinin ucuz olmasını təmin etmək mümkün deyil. Buna görə də idxalı artırırıq”.

“Əti idxal etmək daha sərfəlidir”

Mütəxəssisin sözlərinə görə, hazırda sahibkarlara əti idxal etmək daha sərfəlidir, nəinki istehsal etmək: “Nəzərə almaq lazımdır ki, heyvandarlıqla bağlı müəyyən məhsullar var ki, biz onları xaricdən idxal edirik. Buraya xüsusilə, dərman preparatları, peyvəndlər daxildir. Bir heyvanın ərsəyə gəlməsi, yem bazaları ilə təmin edilməsi, otlaq sahələrinin artırılması asan proses deyil. Bundan əlavə, həm əhalinin ət məhsullarını sevməsi, həm də turizm sektorunun inkişafı, ölkəyə gələn qonaqların sayının artması ətə olan tələbatı artırır. Hazırkı vəziyyətdə sahibkarlar əti Gürcüstan, Rusiyadan idxal edirlər. Çünki sahibkara əti xaricdən idxal etmək, istehsal etməkdən ucuz başa gəlir. İdxalın artırılması bazarda ət qiymətlərinin ucuzlaşmasında ciddi rol oynayacaq”.

Bu sahədə müsbət rəqəmləri görəcəyik

Mütəxəssis vurğulayır ki, sovet dövründə və ondan öncəki illərdə Kəlbəcər, Laçın ən zəngin örüş zonaları, yaylaqları ilə seçilib. Bu torpaqlar tam şəkildə iqtisadi dövriyyəyə cəlb edildikdən sonra yem bazası təkmilləşəcək və örüş zonaları yenidən kənd təsərrüfatı sektorunun heyvandarlıq istiqamətinə yönəldiləcək: “Torpaqlarımız işğaldan azad olunub və suveren hüquqlarımızı tam bərqərar etmişik. Bilirik ki, o torpaqların tam iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində kifayət qədər işlər görülüb və davam edir. Bu işlər bitdikdən sonra bu sahədə müsbət rəqəmləri görəcəyik”.

İdxal prosesi artıq bazarda sözünü deyir

İqtisadçı Fikrət Yusifov isə deyir ki, bazarda istənilən məhsulun qiyməti tələb və təklif əsasında formalaşır. İqtisadçının sözlərinə görə, son bir neçə ildə bazarlarda ətin qiymətində kəskin artımlar yerli istehsalın azalması ilə izah olunurdu. Hazırda isə bu prosesin əksi müşahidə olunur: “Regionlarda fermerlərin örüş sahələrində daha çox dənli bitkilərin əkilməsinə üstünlük verməsi və bu səbəbdən mal-qara saxlamaq imkanlarının məhdudlaşdırıldığına dair çıxışlara tez-tez rast gəlinirdi. Örüş yerləri əkin yerləri ilə əvəzləndikcə bazarlarda ətin qiyməti davamlı qalxırdı. Son vaxtlar yerli bazarlarda bu prosesin əksi müşahidə edilir. Hazırda ət idxalının keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artması artıq öz sözünü deyir. İdxal səbəbindən bazarda ət təklifi çoxaldığı üçün qiymətlər aşağı düşüb”.

Ət regionlarda ucuzdur

Hazırda regionlarda ət şəhərə nisbətən ucuz satılır. Mütəxəssis deyir ki, bunun səbəbi mal-qaranın öz ərazilərində bəslənməsi və əlavə nəqliyyat xərclərinin olmamasıdır: “Əgər heyvan rayondan Bakıya gətirilirsə və ya heyvan rayonda kəsilir, əti Bakıya daşınırsa, ortada ilk növbədə nəqliyyat xərcləri yaranır. Üzərinə ətin anbarda saxlanma xərclərini də gəldikdə, qiymətin rayonda ucuz olması normaldır”.

Hədəfimiz yerli istehsalı artırmaq olmalıdır

Mütəxəssis vurğulayır ki, idxal hesabına qiymətlərdə stabilləşmə yaratsaq da, hədəfimiz yerli istehsalı artırmaq və daxili bazarın ətə olan tələbatını ilk növbədə istehsal hesabına qarşılamaq olmalıdır: “Bunun üçün yerlərdə heyvandarlıqla məşğul olan fermerlərə indikindən daha münbit şərait yaradılmalı və ilk növbədə regionlarda örüş yerləri ilə bağlı məsələnin həlli istiqamətində addımlar atılmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin