Turizm
21.12.2023 / 22:51
"Naftalan neftinin ən böyük problemi beynəlxalq sertifikatının olmamasıdır"
39129
Naftalan nefti ilə bağlı ən böyük problemlərdən biri odur ki, onun beynəlxalq sertifikatı yoxdur.
Valyuta.a xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı deyib.
"Səhiyyə Nazirliyi və bir sıra beynəlxalq aidiyyəti qurumlarla birgə Naftalan neftinin sertifikatlaşdırılması üzərində kompleks iş aparılır", - o deyib.
Sədr müavini sertifikatlaşdırmanın potensialına diqqət çəkib: "Bunun yekununda ölkəmizə böyük turist kütləsinin gəlməsi real olacaq".
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay