İdxal mallarında yüksək bahalaşma var - STATİSTİKA
Azərbaycana idxal edilən malların dəyərində yüksək artım hələ də davam edir.
Valyuta.az xəbər verir ki, 2023-cü ilin oktyabrında idxal olunan malların qiyməti əvvəlki ayla müqayisədə 1,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 15,1 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 17 faiz yüksəlib.
İdxal edilən malların sürətlə bahalaşması daxili bazarda da bahalaşmanı gücləndirir.
İxrac mallarında isə qiymət artımları nəinki səngiyib, malların dəyərində enmə də müşahidə edilir. 2023-cü ilin oktyabrında ixrac olunan məhsulların qiymət səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 28,8 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 28,4 faiz azalıb.
Azalmanın səbəbi neft və qaz qiymətlərinin enməsi ilə bağlıdır. Neft və qaz sektoruna aid olunan mallar nəzərə alınmasa, digər malların ixrac dəyərində son bir ildə 8,6 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artım qeydə alınıb.
Müqayisədən görünür ki, Azərbaycana idxal edilən malların qiymətində artım sürəti ixrac mallarının qiymətindəki artım sürətindən daha güclü olub. İdxal mallarında bahalaşma sürətinin 3-4 dəfə yüksək olduğu görünür.
© Sfera
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay