BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
39058

Hazırda dünyanın ən varlı adamları İlon Mask, Bernard Arnault və Ceff Bezos kimi milyarderlərdir. Onların sərvəti 100-200 milyard dollarlarla ölçülür. Bəs görəsən hazırda həyatda olmayan, yaşadıqları dövrün ən zəngini hesab olunan insanların nə qədər sərvəti olub?

Yeniavaz.com xarici KİV-ə istinadla dünya tarixinin ən varlı 10 adamının siyahısını, həmçinin onların hazırkı məzənnə ilə təxmin edilən sərvətinin miqdarını təqdim edir:

Mansa Musa

14-cü əsrdə Qərbi Afrikada hökmranlıq edən Mali Krallığının lideri Mansa Musanın sərvəti bu gün də tam məlum deyil. Kaliforniya Universitetinin Tarix kafedrasının müəllimi Dr. Rudolf Butç Uer bildirib ki, son illərdə Musanın sərvəti haqqında əldə etdiyimiz məlumatlar ağlasığmazdır:

“Onun nə qədər varlı və güclü olduğunu tam təsəvvür etmək demək olar ki, mümkün deyil”.

ABŞ-də yerləşən “Celebrity Net Worth” isə 2012-ci ildə Mansa Musanın sərvətini təxminən 400 milyard dollar olaraq qiymətləndirmişdi. Bununla belə, tarixçilər Musanın sərvətinin daha çox olduğu qənaətindədirlər.

Mansa Musanın sərvətinin mənbəyi isə qızıl idi. 1280-ci ildə doğulan Musanın 1312-ci ildə taxta çıxması ilə Mali Krallığının böyük inkişaf dövrünə qədəm qoyduğu təxmin edilir. Onun hakimiyyəti dövründə Musanın krallığı indiki Seneqal, Mali, Burkina Faso, Niger, Qvineya və Fil Dişi Sahilini əhatə edəcək şəkildə genişlənmişdi. Musanın nəzarəti altında olan bu torpaqlar zəngin yeraltı sərvətlərə, ilk növbədə isə qızıl və duza malik idi. Britaniya Muzeyinin məlumatına görə, Orta Əsrlərdə dövriyyədə olan qızılın yarısı Mali Krallığından gəlirdi.

Kornelius Vanderbilt

“Komodor” ləqəbli Kornelius Vanderbilt sərvətinin böyük hissəsini dəmir yolu və dənizçilik fəaliyyəti ilə əldə etmişdi. 1800-cü illərdə yaşayan Vanderbilt dəmir yolu xidmətinin sürətlə inkişaf etdiyi bir vaxtda bu fürsətdən istifadə etdi və inkişaf edən dəmir yolu sənayesinə böyük sərmayə qoyaraq, ABŞ-nin nəqliyyat şəbəkəsini tamamilə dəyişdi. Dəmir yolları ilə yanaşı bərə xətlərini də inkişaf etdirən Vanderbilt 185 milyard dollarlıq sərvəti ilə dünya tarixinin ən varlı insanlarından birinə çevrildi.

Henri Ford

“Ford Motor Company”nin qurucusu və kütləvi istehsal xəttinin (konveyer) yaradıcısı olan Henri Ford orta səviyyəli amerikalıların sahib ola biləcəyi ilk avtomobili istehsal edərək, nəqliyyatda inqilab etdi. “Model T”nin satışa çıxarılması ilə Henri Ford dünyanın ən varlı və ən tanınmış adamlarından birinə çevrildi. Məlumatlara görə, Fordun sərvəti 199 milyard dollara çatırdı.

Yakob Fugger

“Varlı Yakob Fugger” kimi də tanınan Fugger Avropanın ən böyük sahibkarı, taciri və bankiri idi. Fugger 30 yaşlarında ailə tekstil şirkətini idarə etməyə başlayıb və biznes, bank işindəki uğurları ilə Habsburq monarxiyasını dəstəkləmək potensialı qazanıb. O, həm də monarxiyaya mühüm siyasi rol qazandırıb. Onun həyatını araşdıran Qreq Steynmetsə görə, Fuggerin sərvəti bugünkü rəqəmlərlə 400 milyard dollara çatmışdı.

I Vilyam

1066-1087-ci illərdə İngiltərə kralı olan I Vilyam tarixin ən varlı hökmdarlarından biri idi. Fransanın Normandiya bölgəsində doğulan Vilyam İngiltərənin normanlara miras qalan torpaqlarını fəth etməklə böyük sərvət qazanmışdı. Mənbələrə görə, I Vilyamın sərvəti 229,5 milyard dollara çatırdı.

Mir Osman Əli Xan

Mir Osman Əli Xan Hindistanın ən böyük əyaləti olan Heydərabadın sonuncu hökmdarı idi. Ştat dünyanın ən məhsuldar almaz mədənlərinə sahib idi və mirvari sənayesində də çox məhsuldar idi. Tarixçilər mənbələrdə hökmdarın 100 milyon funt-sterlinqlik qızıl və 400 milyon funt sterlinqlik zinət əşyaları olan xüsusi xəzinəsinin olduğunu qeyd edirlər.

Bundan əlavə, daşınmaz əmlak, yüzlərlə karatlıq şəxsi istifadədə olan daş-qaşlar və nağd pullar Əli Xanın sərvətinin yalnız bir neçə nümunəsi idi. 1937-ci ildə “Time” jurnalı monarxı dünyanın ən varlı adamı elan etmişdi. Onun sərvətinin ümumilikdə 35,8 milyard dollar olduğu ehtimal edilir.

II Nikolay

1894-cü ildə Romanovlar sülaləsinin sərvətini miras alan II Nikolay Rusiya İmperiyasının sonuncu çarı idi. Çarın xəzinəsində milyonlarla dollar dəyərində daş-qaş, külçə qızıl və mühüm sənət əsərləri var idi. 1917-ci il bolşevik inqilabından sonra o, öldürüldü və bütün var-dövləti inqilabçılar tərəfindən ələ keçirildi. Çar II Nikolayın ümumi sərvətinin indiki məzənnə ilə təxminən 300 milyard dollar olduğu bildirilir.

Mark Lisini Krass

Krass Roma İmperiyasının təşəkkülündə mühüm rol oynayıb. Roma konsulu Qay Mariusun mallarına sahib olan və onları münasib qiymətə öz ətrafına satan Krass böyük sərvət əldə edib. Beləliklə, Krass Romanın ən varlı adamlarından birinə çevrilib. Onun ümumi sərvəti 200 milyon sestersi (Qədim Romada gümüş sikkə) olaraq qiymətləndirilir.

Endryu Karnegi

Şotland mənşəli amerikalı iş adamı Endryu Karnegi 19-cu əsrdə ABŞ-nin ən varlı insanlarından biri idi. Dəmir-polad sənayesində monopoliya yaradaraq, neft sənayesindəki Rokfellerlər kimi bu sahədə də böyük uğur qazanmışdı. Xeyriyyəçiliyi ilə də tanınan Karnegi 2500-dən çox kitabxana qurmuş və şirkətini 1901-ci ildə rekord qiymətə - 480 milyon dollara Con P. Morqana satmışdı. Onun ümumi sərvətinin təxminən 5,9 milyard dollar olduğu ehtimal edilir.

Con D. Rokfeller

Rokfeller ailəsini hamı tanıyır. Ailə ən şanlı dövrünü ABŞ neftinin 90 və ya 95 faizini istehsal edən bir şirkətə sahib olanda yaşayıb. “Standard Oil”in təsisçisi və əsas səhmdarı Con D. Rokfeller Ohayodakı ilk neft emalı zavodunun uğurundan sonra Amerikanın ilk milyarderi oldu. Ağıllı sərmayələri ilə zamanla sərvətini artıran Rokfeller ömrünün sonlarına doğru təkcə xeyriyyə təşkilatlarına 540 milyon dollar bağışlamışdı. Onun sərvətinin bugünkü məzənnə ilə 39,1 milyard dollar olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Avtobusdan istifadə edənlərin nəzərinə- Bu gündən...

Messi velosiped biznesinə başlayır

Ölkəmiz oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

Agentlik yeni il tədbiri üçün 60 min manat ayırdı

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin