BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
38990

İnsanlar boş vaxtlarını səmərəli keçirmək üçün müxtəlif hobbilərlə məşğul olurlar. Bu hobbilərlə məşğul olmaq sizi o sahənin mütəxəssisinə də çevirə bilər. Hobbi dedikdə ağlınıza idmanla məşğul olmaq, film izləmək, kitab oxumaq, səyahət etmək və s. gələ bilər. Amma biz sizə radiohəvəskarlıqdan danışacağıq. Dünyada “ham radio”, “amator radio” kimi bilinən radiohəvəskarlıq deyə bir hobbi var. Dünyada geniş yayılmış bu hobbi ilə Azərbaycanda da məşğul olanlar var.

Radiohəvəskar, mühəndis Elgün Həsənov Valyuta.az-a bu hobbidən danışdı. Onun sözlərinə görə, radiohəvəskarlıq radiotexniki qurğuların qurulması, rabitələrin yaradılması ilə bağlıdır: 

“Bu hobbi ilə məşğul olan insanlar özlərinin yaratdığı və ya hazır aldıqları radiostansiya və antenlər vasitəsilə efirə çıxaraq dünyanın müxtəlif ölkələri ilə minlərlə kilometr uzaqdakı radiohəvəskarlarla rabitələr qururlar. Radiohəvəskarların efirdə sərbəst işləmələri və öz sınaqlarını həyata keçirmələri üçün fərqli diapazonlarda müxtəlif tezliklər ayrılıb. Bu tezliklər dövlət orqanı tərəfindən radiohəvəskara verilmiş lisenziyada göstərilir. Efirə çıxmaqda məqsədləri əslində öz düzəltdikləri qurğuları, antenləri, radiostansiyaların gücünü, texniki imkanlarını test etmək, bir-birləri ilə rabitə keçirərkən atmosfer və ionosferin o ankı vəziyətini analiz etməkdir”.

Qısa dalğa efirində rabitələr quraraq dünyanın hər nöqtəsindən olan radiohəvəskar ilə ünsiyyətdə ola bilərsiniz. Elgün bəy deyir ki, bir-birinizi tanımaq üçün hər bir radiohəvəskarın öz çağırış siqnalı olur: 

“Bu unikal çağırış siqnalı ilə həvəskarlar biri-birini tanıyır. Məsələn, mənim çağırış siqnalım “4K6EH”dir. Hər bir radiohəvəskar rabitəni həyata keçirdikdən sonra bir-birilərinə poçt vasitəsilə QSL kartlar göndərirlər. O, rabitəni təsdiq edən sənəd kimidir. Məsələn, mən sizinlə rabitə keçirdikdən sonra QSL kartıma sizin çağırış siqnalınızı, sizə verdiyim raportları qeyd edirəm və sizə poçtla göndərirəm. Siz o QSL kartı aldıqdan sonra mənə öz QSL kartınızı göndərirsiniz. Bu ənənəvi üsuldur, amma müasir dövrdə bunu elektron formada etmək mümkündür”. 

Münəndis deyir ki, radiohəvəskarlıq günümüzdə istifadə olunan bir çox texniki avadanlıqların yaradılmasında öz töhfəsini verib: 

“Pilotsuz uçan aparatlar, dronlar, hərbi rabitə avadanlıqları, peyklər və peyk rabitəsi kimi texnikaların əsasını radiotexnika təşkil edir. Radio olmasa milərlə kilometr uzaqda fəaliyyət göstərən peyklərlə əlaqə yarada bilmərik. İstifadə etdiyimiz telefonlar da əslində bir növ radiodur. Bu sahədə kadrların yetişməsində radiohəvəskarlığın ciddi təsiri və rolu var. Bəzi radiohəvəskarlar var ki, fövqaladə hallar zamanı rabitənin qurulması proseslərində aktiv olaraq iştirak edir”. 

E.Həsənov qeyd edir ki, radiohəvəskarların fövqəladə hallar zamanı rolu böyükdür. Buna görə də, Elgün bəy düşünür ki, dövlət radiohəvəskarlığın inkişafına meyilli olmalıdır:  

“Biz radio-rabitə zamanı mobil telefon və internet şəbəkəsi kimi əlavə vasitələrdən istifadə etmirik və dünyanın bütün nöqtələriylə öz radiostansiyalarımız vasitəsilə birbaşa əlaqə qururuq. Digər internet və ya mobil şəbəkələrdən asılı olmamaq əslində vacib məqamdır. Əgər  hər hansı təbii fəlakət zamanı bütün şəbəkə çökərsə, radiohəvəskarlar həm lokal, həm də xarici ölkələrlə birbaşa öz qurğuları vasitəsilə əlaqə yarada bilərlər. Göründüyü kimi, radiohəvəskarlığın cəmiyyətdəki rolu böyükdür. Bir çox radiohəvəskar öz radiotexniki qurğuları, bu sahədə olan bilik və bacarıqları ilə bu kimi hallarda dövlət orqanlarına yardım etməyə tam hazırdır. Ona görə də, radiohəvəskarlığın inkişafında dövlət özü də maraqlı olmalıdır ki, bu sahəni bilən gənclər çoxalsın”.

Bəs bu sahə ilə məşğul olmaq sizə nə qata bilər? E. Həsənov deyir ki, radiohəvəskarlar öz bilik və bacarıqlarını genişləndirərək gələcəkdə bu sahə üzrə peşəkar mühəndis ola bilərlər: 

“Bu hobbi xüsusilə gənclərin öz asudə vaxtlarını faydalı keçirməsi üçün çox dəyərlidir. Bununla məşğul olmaları onların elmi sahələrə marağını artırır, inkişaf etdirir. Həm də beynəlxalq dostluqlar, əlaqələr qurmağınıza da kömək edir. Onu da qeyd edim ki, dünyanın digər ölkələrində olduğu kimi, bizim radiohəvəskarları “Azərbaycan Radiohəvəskarlar Cəmiyyəti” təmsil edir. Bu sahənin təbliğatını aparmaq üçün cəmiyyət olaraq müxtəlif tədbirlər həyata keçiririk. Buna misal kimi, bizim texniki dəstəyimiz  və "Azərkosmos"un təşkilatçılığı ilə Bakı Avropa Liseyində Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Kosmik Stansiya (OR4ISS) ilə birbaşa radiorabitə əlaqəsi qurulub. Rabitə zamanı Bakı Avropa Liseyi və 149 saylı tam orta məktəbin şagirdləri danimarkalı kosmonavt Andreas Mogensenə (KG5GCZ) suallarını ünvanlayaraq cavablar alıblar. Buna görə də Azərbaycan Radiohəvəskarlar Cəmiyyəti Cənubi Qafqazda Beynəlxalq Kosmik Stansiya (ISS) ilə ilk radio əlaqəsinə verdiyi töhfəyə görə Azərkosmos tərəfindən sertifikatla təltif olunub”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Növbəti 10 ildə ən çox hansı bacarıqlar tələb olunacaq?

Asiya İnkişaf Bankı 2030-cu ilə kimi iqlim maliyyələşməsinə 100 mlrd. dollar ayıracaq

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

ABŞ-də icma quran 100 qadından biri - "Sara Ferguson dedi ki, səninlə fəxr edirəm" - MÜSAHİBƏ

Azərbaycanda 2 min manatdan çox əmək haqqı alanlar bu sahələrdə işləyir

Avtobusdan istifadə edənlərin nəzərinə- Bu gündən...

Messi velosiped biznesinə başlayır

Ölkəmiz oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

Agentlik yeni il tədbiri üçün 60 min manat ayırdı

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin