BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
38856

Bu il yüksək vəzifədə çalışan məmurların bir neçəsi işdən çıxarılıb. Onların arasında başqa vəzifələrə təyinat alanlarla yanaşı, işsiz qalanlar da olub.

Sfera.az bu il vəzifəsindən azad olunmuş məmurların siyahısını təqdim edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev - Bu il vəzifəsindən azad edilənlər sırasında yer alıb. O, Prezident İlham Əliyevin 2018-ci ilin mayın 7-də imzaladığı sərəncamla bu vəzifəyə təyin edilmişdi.

Şahin Bağırov - Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib, digər sərəncamla komitənin sədri təyin olunub.

İnam Kərimov - Azərbaycanın Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edilib. Digər sərəncamla o, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin olunub.

Adil Kərimli - Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib və digər sərəncamla mədəniyyət naziri təyin olunub.

Arzu Rəhimov - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi vəzifəsindən azad edilib.

Elmira Axundova – Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Elçin Əmirbəyov - Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib. Xatırladaq ki, E. Əmirbəyov 2017-ci il iyunun 24-də Birinci vitse-prezidentin köməkçisi təyin edilmişdi.

Xələf Xələfov - Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Bu il SOCAR-ın vitse-prezidentləri ilə bağlı da sərəncam imzalanıb. Belə ki, Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrindən azad ediliblər.

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. O, 2008-ci ildən bu vəzifəyə təyin olunmuşdu.

Mədət Quliyev – Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri vəzifəsindən azad edilib. O, 2019-cu il iyunun 20-də bu vəzifəyə təyin edilmişdi. Bu il imzalanan digər sərəncamla Mədət Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

Məhərrəm Əliyev – Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu il vəzifəsindən azad olunanlar sırasında icra başçıları da olub. Belə ki, Elşad Məmmədov Ordubad, Ziyəddin Əliyev Quba, Əhəd Abıyev Daşkəsən, Mahirə Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək rayonu, Siyam Hacıyev Culfa rayonu, Alı Qocayev Samux, Mirsənani Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad ediliblər.

2023-cü ildə həmçinin, bir sıra universitet rektorları da vəzifəsini itirib. Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının, Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Havar Məmmədov Bakı Mühəndislik Universitetinin, Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunublar.

Qeyd olunanlarla yanaşı, dövlət başçısının müvafiq sərəncamları ilə Azərbaycanın bir sıra digər ölkələrdə fəaliyyət göstərən səfirləri də geri çağırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin