BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
38721

Təzə ilin gəlişinə sayılı günlər qalıb. Yeni ilə iki həftə qalmasına baxmayaraq, ölkədə bayram əhvali-ruhiyyəsi hiss olunmağa başlayır. Artıq insanlar bayram alış-verişi üçün hazırlıqlar görür, Yeni il süfrəsinin təamlarını nəzərdən keçirirlər. Ekspertlər deyir ki, əvvəlki illərdən fərqli olaraq, bu il bayram öncəsi məhsulların qiymətində artım o qədər də müşahidə edilmir. Onlar əksinə, bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində müəyyən ucuzlaşmaların baş verdiyini söyləyir.

Valyuta.az xəbər verir ki, İqtisadçı Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, əslində istehlak mallarının qiymətində endirim yoxdur. Sadəcə əvvəlki qiymətlər endirim adı ilə qələmə verilir.

Əksər məhsulların qiyməti yenə də bahadır

Onun sözlərinə görə, son 2 ildə inflyasiya səviyyəsinin yüksəlməsi qiymətlərə təsirsiz ötüşməyib və buna görə də məhsulların qiymətində artım yaranıb: "Lakin bu il ölkəmizdə inflyasiyanın səviyyəsi aşağı düşüb və inflyasiya birrəqəmli həddə çatıb. Eyni zamanda idxal inflyasiyasının da aşağı düşməsi müşahidə olunur. Yəni gətirilən malların maya dəyəri aşağıdır. Bütün hallarda insanlar əvvəlki kimi rahatlıqla alış-veriş edə bilmirlər. Çünki əksər məhsulların qiyməti yenə də bahadır. Qiymətlərin yüksəlməsinin alıcılıq qabiliyyətinə mənfi təsiri isə qaçılmazdır. Artıq insanlar alış-veriş edərkən daha praqmatik davranırlar. Qiymətlər bahalaşdığı halda gəlirlərin artmaması insanların xərclənən pulu daha düzgün istiqamətdə yönəltməsinə səbəb olub". 

Geyim mağazalarındakı endirimlərə də toxunan iqtisadçı qeyd edib ki, mövcud vəziyyətdə geyim mağazalarına rəqabət olan onlayn satış kanalları mövcuddur: "Artıq əksər insanlar öz geyimlərini onlayn şəkildə sifariş etməyə üstünlük verirlər. Xüsusən də ay üzrə 300 dollarlıq limitin təyin olunması vətəndaşlar üçün əlverişli imkan yaradır. Nəticədə qeyri-ərzaq mağazalarının alıcı kütləsi azalıb".  

Martdan sonra məhsullar bahalaşacaq

İqtisadçı Razi Abasbəyli isə İqtisadiyyat.az-a açıqlamasında dünya bazarında sentyabr-oktyabr aylarından etibarən bu günə kimi ucuzlaşmanın davam etdiyini söyləyib. 

Onun sözlərinə görə, bu ucuzlaşma ölkəmizdə özünü cüzi şəkildə göstərməyə başlayıb: "Halbuki bu təsir daha effektiv şəkildə ola bilərdi. Gömrük syasətində bir sıra yumşalmalar baş verərsə, dünya bazarındakı ucuzlaşma ölkəmizdə davamlı olaraq müşahidə oluna bilər. Bu ilin sentyabr-oktyabr aylarından etibarən dünya bazarında bir sıra ərzaq məhsullarının qiymətində ucuzlaşma baş verib. Xüsusən də şəkər və şəkər tozunun, bitki yağlarının və dənli bitkilərdən hazırlanan qida əlavələrinin qiyməti aşağı düşüb. Dünya bazarında bitki yağlarında ucuzlaşma 25-30 faiz civarında müşahidə olunub. Rusiya-Ukrayna müharibəsi nəticəsində əsas buğda istehsalçısı olan ölkələr bir neçə illik ehtiyatlarını təmin etmişdilər. Ona görə də dünya bazarı doymuş vəziyyətdə idi. Nəticə etibarilə qiymətlərdə də ucuzlaşma prosesi başlamışdı. Gələn ilin yanvar-fevral aylarında qiymətlərdə ucuzlaşmanın davam edəcəyi gözləniləndir". 

R.Abasbəyli xatırladıb ki, Azərbaycan dünya bazarında idxalçı dövlətlər sırasındadır: "Ölkəmiz ərzaq məhsullarının 93 faizini idxal edir. Lakin bayram öncəsi qiymətlərin ucuzlaşmasına bir sıra amillər də təsir edib. Ölkədə manatın alıcılıq qabiliyyətinin və inflyasiya göstəriciləri sürətlə yüksəlməkdədir. Nəticədə vətəndaşların alıcılıq qabiliyyətində artım yoxdur. Gələn ilin dövlət büdcəsi ilə bağlı açıqlama da onu göstərir ki, 2024-cü ildə pensiya və əmək haqqlarında ciddi artım baş verməyəcək. Yəni artımlar 11 faizi keçməyəcək. Bu isə bazara psixoloji təsir göstərib. Əgər artım 30-40 faiz civarında olsaydı, bu halda bazarda bahalaşma müşahidə olunacaqdı. Ümumilikdə, qiymətlərin ucuzlaşması mart ayına kimi davam edəcək. Daha sonra isə qiymətlər yenidən bahalaşacaq".

Beynəlxalq təcrübəyə əsasən, bayram öncəsi qiymətlər düşür

İqtisadçı Eyyub Kərimli isə İqtisadiyyat.az-a açıqlamasında qiymətlərin ucuzlaşmasını müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, bu, sahibkarların iqtisadi oyun qaydaları mənimsədiyini göstərir:

"Hər il bayram öncəsi qiymət artımının baş verməsi ölkəmizdə sahibkarların və marketinq siyasətinin yetərincə mənimsənilməməsi ilə bağlıdır. Çünki beynəlxalq təcrübəyə əsasən, bayram öncəsi qiymətlərdə ucuzlaşma baş verməlidir. Nəticədə dövriyyə böyüyür, müştəri axını artır və sahibkar daha çox gəlir əldə edə bilir. Bu isə sahibkarın gələcəkdə daha çox gəlir əldə etməsinə yol açır. Təəssüf ki, ölkəmizdə bəzi inhisarçılar bayram öncəsi süni qiymət artımına yol verirlər. Ümid edirəm ki, gələcəkdə sahibkarlar bu cür sui-istifadə hallarına yol verməyəcəklər".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şokolad idxalı əridi: 600 tona yaxın azalma

Orxan Fikrətoğluna mədəniyyət nazirliyində vəzifə verildi

Orxan Fikrətoğluna mədəniyyət nazirliyində vəzifə verildi

Turizm Agentliyi ərəb jurnalistlər üçün 847 min manatlıq səfər təşkil edəcək

Nazirə məxsus şirkətin xeyli miqdarda vergi borcu var

Toyda zəhərlənməyə görə kim məsuliyyət daşıyır?

Həkimlərə saxta sertifikat verənlərlə bağlı QƏRAR - Səhiyyə Nazirliyində rüşvət işi

Bakının bu rayonunda 110 bina söküləcək

Özbəkistan 200 min manata “qızıl viza” satmağa başlayır - Özəllikləri

Kartofun qiymətində artım - Azərbaycanda bahalaşma Avropanı da geridə qoydu

18 yaşlı azərbaycanlı tələbənin əsəri Dubayda 15 min dollara satıldı

İcra başçısına 39 yaşlı birinci müavin təyin edildi

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək

Milli Məclisə yeni sektor müdirləri təyin edildi

Səftər Rəhimli bu akademiyaya prorektor gətirildi

Bu ölkədən gətirilən pomidorlarda virus aşkarlandı

Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? - Rəsmi cavab

Rəcəb Hüseynov “Para” BOKT-un İdarə Heyətindən çıxarılır

Azərbaycanda bahalaşan və ucuzlaşan kənd təsərrüfatı məhsulları – SİYAHI

Dünya İqtisadi Forumunun qurucusu istefa verdi

Almaniyaya getməyə dəyərmi?

Almaniyaya getməyə dəyərmi?

Tramp FED sədrini vəzifədən azad edə bilərmi? Gözlər Ali Məhkəmədə!

Tramp FED sədrini vəzifədən azad edə bilərmi? Gözlər Ali Məhkəmədə!

Məktəblərdə monitorinqlər keçiriləcək - Nazirdən ƏMR

Bahalı əmlakların qiyməti azaldı

Təhsil İdarələrinin yeni müdirləri kimdir? - DOSYE

"ASAN xidmət"in direktor müavininə yeni vəzifə verildi

"Azərişıq" Cəbrayılın beş kəndinə 5 milyonluq elektrik xətti çəkəcək

Dənizlərdə yeni dövr: Tamamilə avtonom gəmilər mümkündürmü?

Qlobal iqtisadiyyatda inam azalır: Tənəzzül olacaqmı?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin