BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
38643

Xarici ölkələrə səfər etmək üçün hər kəs daha ucuz başa gələcək üsulları yoxlayır. Turizmdə ən sərfəli üsul erkən rezervasiyadır. Bilet alıb özün səfər edəcəksənsə, gərək biletləri uzun müddət öncə alasan. Əgər tur şirkətləri vasitəsilə gedəcəksənsə, onlar da erkən rezervasiyanı endirimli qiymətlərlə təklif edirlər. Son vaxtlar tur şirkətlərinin yay ayları üçün erkən rezervasiyalı müxtəlif endirimli təkliflərini görürük. Müxtəlif ölkələrə endirimli təkliflərlə çıxış edirlər. Lakin erkən rezervasiya üçün 30-40-50 faiz ödəniş istənilir. O ödənişi edəkmi? 

Ümumiyyətlə, tur şirkətləri vasitəsilə etdiyimiz erkən rezervasiyaların hər hansı riski varmı?

Turizm eksperti Ceyhun Aşurov Valyuta.az-a bu barədə danışdı. Onun sözlərinə görə, səyahət etmək istəyirsinizsə, öncədən tur paketi almaq sizin xeyrinizə olacaq:
“Əslində öncədən tur paketlərini aldıqda qiymət daha qənaətcil olur. Turizmin pik vaxtı həmin paketləri alanda doğrudan da qiymətlərdə bəzən 40 faizə qədər, bəzən daha çox fərq yarana bilər. Ona görə, daim insanlar çalışır ki, öz tətillərini öncədən planlasınlar. Bu plana uyğun da tur paketlərini öncədən alsınlar ki, daha ucuz başa gəlsin”.

Ceyhun bəy bildirir ki, 2024-cü ilin yayında qiymətlərin bu ilki qiymətlərdən daha baha olacağı gözlənilir: 

“Dünyadakı vəziyyətlə əlaqədar olaraq bir çox şirkətlərdə tur paketlərinin qiymətləri qalxıb. Türkiyədə də bildirilir ki, gələn ilin yayında qiymətlər bu ilin yayından 10-15% faiz daha baha olacağı gözlənilir. Ona görə də, belə hallara qarşı öncədən almaq daha əlverişlidir”.

C.Aşurov tur paketlərini öncədən almağın riskli tərəflərindən də danışdı:

“Tur paketlərini öncədən almaq riskli ola bilər. Əgər gözlənilməz hansısa hadisə baş verərsə, ciddi böhran olarsa, tur ləğv edilə bilər. İstənilən halda düşünürəm ki, ödədiyiniz pul batmır, hansısa şəkildə kompensasiya olunur. Ola bilər ki, onu pul olaraq geri ala bilməsinlər, amma hansısa şəkildə sonra istifadə edə bilərlər”. 

Ceyhun bəy onu da qeyd etdi ki, riskləri azaltmaq üçün tur paketi aldığınız şirkətləri yaxşı araşdırmalısınız. Çünki tələbat çoxaldıqca, bu işdə də fırıldaqçılar çoxalır: 

“Ümumiyyətlə, “İnstagram” kimi sosial şəbəkələrdə həddindən artıq endirimli iqymətlərə aldanmaq olmaz. Yaxşı olar ki, güvənli bir şirkətdən alın və ya eyni bir turu 2-3 mənbədən yoxlayasanız. Kəskin fərq olarsa, burada artıq şübhələr var. Öncədən rezervasiya hər zaman daha qənaətlidir, amma kəskin ucuz qiymət şübhə yarada bilər. Ona görə də, turizm reyestrində adı olan, ofisi olan şirkətləri araşdırıb seçin. Tur paketlərini alarkən qarşılığında çek almağınız, müqavilə bağlamağınız tövsiyə olunur”. 

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin