Dünya
12.12.2023 / 08:37
BVF Ukraynaya 900 milyon dollar həcmində daha bir tranş ayıracaq
38445
Beynəlxalq Valyuta Fondunun İcraçı Direktorlar Şurası mart ayında təsdiq edilmiş uzadılmış kreditləşmə mexanizmi çərçivəsində Ukraynaya növbəti 900 milyon dollarlıq tranşın ayrılmasını təsdiqləyib.
Valyuta.az xəbər verir ki, bu barədə BVF-nin yazılı açıqlamasında bildirilib.
BVF-nin hesablamalarına görə, Kiyevin iqtisadi siyasətinin icrası ümumilikdə plana uyğun gedir.
Belə ki, iyunun sonuna olan bütün kəmiyyət performans meyarlarına və sentyabrın sonuna olan göstərici hədəflərə əməl edilib. Oktyabrın sonu da struktur göstəricilərinin əksəriyyəti yerinə yetirilib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay