Almaniyada mənzil böhranı: Daşınmaz əmlaka tələbat rekord həddə düşüb
Almaniyada mənzil böhranı tikinti sənayesində yeni sifarişlərin rekord dərəcədə azalması fonunda dərinləşməkdə davam edir.
Valyuta.az xəbər verir ki, bu barədə “Boomberg” nəşri Münhen İqtisadi Tədqiqatlar İnstitutu "Ifo"nun sorğusuna istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, noyabrda tikinti şirkətlərinin 49,1%-i sifariş çatışmazlığını bildirib. Bu, əvvəlki ayla və ardıcıl səkkizinci aylıq artımdan 0,4 faiz bəndi artımdır. Hazırkı rəqəm 1991-ci ildə statistika başlayandan bəri rekorddur.
Bundan əlavə, maliyyə çətinliyi yaşayan tikinti firmalarının payı oktyabrda 9,9%-dən 11,1%-ə yüksəlib. "Ifo"nun tədqiqat rəhbəri Klaus Uohlrabenin sözlərinə görə, inşaatçılar kütləvi şəkildə müştərilərini itirirlər və sənayedə əhval-ruhiyyə pis olaraq qalır.
"Ifo" sorğusuna əsasən, yalnız əvvəllər verilmiş sifarişlərin ləğvi barədə məlumat verən şirkətlərin payı bir qədər azalıb - oktyabrda olan 22,2%-lə müqayisədə 21,5%-ə qədər. Ümumilikdə, mənzil tikintisi biznesinin əhval-ruhiyyəsi indeksi rekord səviyyədə aşağı düşüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay