BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
38390

2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 109,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə, 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 102,6 faiz təşkil edib.

2023-cü ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 101,5 faiz olub.

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun, bahalaşma isə əsasən pasterizə olunmamış üzlü südün, yoqurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 103,1 faiz təşkil etmişdir. 2023-cü ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 104,0 faiz təşkil edib.

Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən ucuzlaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, bahalaşma isə mənzillərin icarə haqlarında müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

18 yaşlı azərbaycanlı tələbənin əsəri Dubayda 15 min dollara satıldı

İcra başçısına 39 yaşlı birinci müavin təyin edildi

Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək

Milli Məclisə yeni sektor müdirləri təyin edildi

Səftər Rəhimli bu akademiyaya prorektor gətirildi

Bu ölkədən gətirilən pomidorlarda virus aşkarlandı

Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? - Rəsmi cavab

Rəcəb Hüseynov “Para” BOKT-un İdarə Heyətindən çıxarılır

Azərbaycanda bahalaşan və ucuzlaşan kənd təsərrüfatı məhsulları – SİYAHI

Dünya İqtisadi Forumunun qurucusu istefa verdi

Almaniyaya getməyə dəyərmi?

Almaniyaya getməyə dəyərmi?

Tramp FED sədrini vəzifədən azad edə bilərmi? Gözlər Ali Məhkəmədə!

Tramp FED sədrini vəzifədən azad edə bilərmi? Gözlər Ali Məhkəmədə!

Məktəblərdə monitorinqlər keçiriləcək - Nazirdən ƏMR

Bahalı əmlakların qiyməti azaldı

Təhsil İdarələrinin yeni müdirləri kimdir? - DOSYE

"ASAN xidmət"in direktor müavininə yeni vəzifə verildi

"Azərişıq" Cəbrayılın beş kəndinə 5 milyonluq elektrik xətti çəkəcək

Dənizlərdə yeni dövr: Tamamilə avtonom gəmilər mümkündürmü?

Qlobal iqtisadiyyatda inam azalır: Tənəzzül olacaqmı?

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Nəqliyyat vasitələrinin idxalı artıb, payı azalıb

Sabahın hava proqnozu

Milli Depozit Mərkəzinin “Elektron müraciət sistemi” istifadəyə verilib

Vahid Mustafayevin mağazasından 300 minlik saat oğurlayan çinlilərə hökm oxundu

Vahid Mustafayevin mağazasından 300 minlik saat oğurlayan çinlilərə hökm oxundu

"Bestcomp Group" 1 milyonluq sifarişi uddu

Xəyalındakı həyatı yaşayan adam - Pərviz Həsənovun film kimi hekayəsi

DİM imtahanların düzgün cavablarını AÇIQLADI

Bakıda 7,5 milyon manata mənzil satılır - FOTOLAR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin