Hindistan birjaları Asiyada liderlik üçün Honq-Konqa meydan oxuyur
Hindistan fond bazarının son yüksəlişi ona Honq-Konqun Asiyanın ən böyük birjaları arasında yerinə iddia etməyə imkan verir.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Hindistan şirkətlərinin ümumi kapitallaşması oktyabrda 3,7 trilyon dollara çatıb və Honq-Konqun 3,9 trilyon dollarına yaxınlaşıb. Hindistanın əsas fond indeksləri Hindistan Milli Fond Birjası (NSE) və Bombey Fond Birjası (BSE) noyabr ayında 8-9% artıb, Honq Konqun Hanq Senq indeksi isə yavaşlayan Çin iqtisadiyyatı fonunda 6,7% ucuzlaşıb. Ekspertlər son illərdə Hindistan və Çin bazarlarında tendensiyaların fərqli olduğunu qeyd edirlər.
Hindistan bazarının cəlbediciliyinin əsas amilləri yüksək iqtisadi artım templəri və istehlak səviyyələridir. Nəşr 2030-cu ilə qədər Hindistanın ÜDM-nin iki dəfə artaraq 7 trilyon dollara çatacağı gözlənilir. İnfrastruktur və daşınmaz əmlaka investisiyalar da artır.
Asiyanın maliyyə mərkəzləri arasında öz mövqeyini möhkəmləndirmək məqsədilə Hindistan sahibkarlığı və investisiyaları stimullaşdırmaq üçün siyasət həyata keçirməli olacaq. Qəzet yazır ki, bu vaxt ticarət həcminə görə Hindistan birjaları Honq-Konq və Şanxaydan xeyli geridədir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay