BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
38315

Azərbaycan filmi dedikdə üzdə bir anlıq təbəssüm yaransa da, bir neçə saniyədə bu təbəssüm yerini tərəddüd dolu baxışlara verir. Çünki son illərdə kino sənayesi ilə bağlı durum heç də yaxşı deyil. “Bəyin oğurlanması” filmində deyildiyi kimi, “səkkiz min pul alıblar, oynamaqlarına bax”. 

Biləcəriyə belə çatmayan filmlər

Görəsən, həqiqətən oynaya bilmirik, yoxsa şabaşımız azdır? Problem nədədir? Son zamanlar kommersiya xarakterli komediya janrında çəkilən filmlər az da olsa tamaşaçıda ümid yarada bilib. Amma el dili ilə desək, bu filmlər də Biləcəridən o tərəfə keçməyib. Kino sənayesinin düzgün qurula bilməməsi, bunu yaradan problemlərin müəyyən səbəbləri var ki, zaman-zaman müzakirə edilib. “Azərbaycan filmləri əlavə dəyər vergisindən azad olunsa, yaxşı olardı”. Bu ifadəni də film adamlarının dilindən tez-tez eşidirik. Kino sənayesinin vergidən azad olunması bizə nə verəcək, bu addım atılarsa, yaxşı filmlər ərsəyə gətirə biləcəyikmi? 

Dövlət dəstəyi olmalıdır

Rejissor Rövşən İsax deyir ki, Azərbaycan film sənayesi dünya kinosundan çox geri qalır: “Buna görə də film sahəsinin inkişafı üçün birmənalı şəkildə dövlət dəstəyi olmalıdır. Təcrübədən bilirik ki, kino inteqrasiyanı çox sevir. Hansısa aktyorun, rejissorun, ssenaristin, operatorun buraya dəvət olunması üçün dövlətin dəstəyi lazımdır. Əgər film sənayesi vergidən azad olunsa, xaricdən lazım olan mütəxəssisləri gətirməyə gücümüz çatar”.

Bu proses müddətli də ola bilər

Rejissor deyir ki, film sənayesi vergidən azad olunarsa, bir müddət sonra Türkiyə, Rusiya, hətta ABŞ, İspaniya kimi ölkələr də bu sahəyə maraq göstərəcək: “Bir sözlə, əlimiz-qolumuz açılacaq. Bu proses müddətli də ola bilər. Məsələn, 5-10 il müddətinə filmləri əlavə dəyər vergisindən azad edirik. Bu vaxt ərzində nə edə biləcəyimizə baxırıq. Kino dövlətin simasıdır. Azərbaycanda çoxdan vaxtı çatmış, ekrana köçürülməli o qədər mövzu var ki... Bəlli çətinliklər onları həyata keçirməyə imkan vermir. Kino sənayesi vergidən azad olunarsa, dövlət sifarişi ilə bir film çəkiləcəksə, özəl sektorda üç film çəkiləcək. Yekunda bütün yükün hamısı dövlətin çiyninə düşməyəcək”.

Yalnız o zaman vergi verilsin ki...

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbasın sözlərinə görə, filmlərin əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələni parlamentdə şəxsən qaldırıb: “Bildirmişəm ki, filmlərə ayrılan puldan əvvəldən vergi tutulmasın. Yalnız o vaxt vergi verilsin ki, artıq film satışdadır və pul qazanır”.

Azərbaycanı yox, Gürcüstanı seçirlər

Milli Məclisin deputatı Vüqar Bayramov məsələnin gündəmdə olduğunu bildirdi: “Büdcə müzakirəsi zamanı təkliflərimizdən biri də incəsənət sektorunun əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı idi. Həm filmlər, həm də digər çəkilişlərin əlavə dəyər vergisinə cəlb edilməsi onların xərclərini artırır. Bizim də təklifimiz ondan ibarətdir ki, filmlərin əlavə dəyər vergisindən azad olunması barədə qərar verilsin. Bu, bir tərəfdən daha çox filmin çəkilməsinə, digər tərəfdən bu sahəyə xarici investisiyaların cəlb edilməsinə şərait yarada bilər”.

Deputat qeyd edir ki, hazırda Azərbaycanda film çəkmək üçün müraciət edən ölkələr var. Amma bizdə əlavə dəyər vergisi tətbiq olunduğu üçün çəkilişlərini Gürcüstanda həyata keçirirlər: “Bu istiqamətdə təkliflərimizin müzakirəsi davam etdiriləcək. Ümid edirik ki, film çəkilişlərinin daha yaxın zamanda əlavə dəyər vergisindən azad edilməsi mümkün olacaq”.  

Təklifi düzgün hazırlamaq lazımdır

Kinoprodüser, rejissor Zaur Mirzəzadə deyir ki, əlavə dəyər vergisinin götürülməsi üçün hökumətə normal konseptual təklif verilməlidir: “Həll yollarını, qanunvericiliyə əlavəni normal şəkildə yazıb təklif etmək lazımdır. Əminəm ki, İqtisadiyyat Nazirliyinə normal konseptual təklif verilsə və bu təklifin ölkəmizdə film sənayesinin inkişafına təkan verəcəyi sübut olunsa, bu məsələ öz həllini tapacaq. Qeyri-neft sektorunun inkişaf strategiyasında film sənayesinin vacibliyini dəfələrlə qeyd etmişəm.

“Film sənayesi yoxdur, çünki vergi rüsumları çoxdur” demək də tam düzgün deyil. Film sahəsi olmayan digər audio-vizual sahələrdə güzəştlər demək olar yoxdur. Amma şirkətlər böyük büdcəsi olan reklamlar çəkdirirlər, tədbirlər keçirirlər. Sadəcə, film istehsal edənlərin onlara verdikləri təklif qaneedici deyil. Təklifi düzgün hazırlamaq lazımdır”.

© Kaspi qəzeti 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bank, yoxsa BOKT: Hansı daha sərfəlidir?

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Nazir onlara vəzifə verdi

Əmək pensiyası ilə bağlı qanun dəyişir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin