Ukraynanın Rumıniya və Polşadan təcili elektrik təchizatına ehtiyacı var
Yüksək enerji istehlakı səbəbindən Ukrayna ardıcıl ikinci gün Rumıniya və Polşadan təcili yardım istəmək məcburiyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə “Ukrenerqo” milli enerji şirkətinin "Telegram" kanalı məlumat yayıb.
“Kəsilmələrin qarşısını almaq və enerji sistemində tarazlığı qorumaq üçün "Ukrenerqo"nun idarəetmə mərkəzi bu gün Rumıniya və Polşanın 400 MW tutumlu elektrik ötürücü sisteminin operatorlarından təcili yardım cəlb etməyə məcburdur", deyə şirkətin açıqlamasında bildirilir.
“Ukrenerqo”nun məlumatına görə, dekabrın 7-də Ukraynanın enerji sistemi cari istilik mövsümündə elektrik enerjisi istehlakının rekord həddə çatdığını qeyd edib. Dekabrın 8-də də şəbəkələrdə yük səngiməyib.
Dekabrın 8-də “Ukrenergo” müəssisələri istehsal çatışmazlığı səbəbindən elektrik enerjisinə qənaət etməyə çağırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay