BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
38256

"Dövlət satınalmaları haqqında" qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.

Valyuta.az xəbər verir ki, ölkə ərazisində elan edilən, baş tutan, ləğv edilən tenderlər bu qanunun müddəalları əsasında müəyyənləşir. 

Qanunun təsbit  etdiyi müddəalar əsasında tenderin baş tutmaması və onun davamından imtina 11-ci maddənin maddələri əsasında aşağıdakı hallarda baş tutur:
 
- Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir. 
-Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;

tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;

tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.

Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir.

- Satınalan təşkilat bu Qanunun 11.1 və 11.2-ci maddəsinin tətbiqi üçün tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənlər (podratçılar) qarşısında heç bir məsuliyyət daşımır.

- Tender təkliflərinin, ofertaların və kotirovkaların rədd edilməsinə dair bildiriş onları təqdim etmiş bütün malgöndərənlərə (podratçılara) dərhal göndərilir.

-  Tenderin davamından imtina və ya bütün tender təkliflərinin, oferta və kotirovkaların rədd olunduğu halda satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınması üçün yeni tender elan edə yaxud satın alınan malların (işlərin və xidmətlərin) xüsusiyyətlərinin imkan verdiyi təqdirdə, mahiyyətini dəyişdirməməklə onları hissələrə bölərək, hər hissə üzrə ayrıca tender keçirə bilər. Bölünən hissələrin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş məbləğdən aşağı ola bilməz.
 
Bundan əlavə qanunun 12-ci maddəsinə uyğun olaraq  dövlət satınalmalarında saxtakarlıq halları baş verərsə, aşağıdakı hallarda da satınalmaya yenidən baxılır və qərar verilir:
 
-    Satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdə:

-    həmin malgöndərənin (podratçının) təqdim etdiyi tender təkliflərini, ofertaları və kotirovkaları rədd edir;

-    malgöndərənin (podratçının) gələcək satınalma prosedurlarında iştirakını qeyri-müəyyən müddətə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddətə qadağan edir;

-    saxtakarlıq hallarının araşdırılması üçün məlumatları müvafiq səlahiyyətli orqanlara təqdim edir;

-    tender təklifinin, ofertanın və ya kotirovkanın rədd edilməsini və bunun səbəblərini satınalma prosedurları haqqında hesabatda göstərir və dərhal malgöndərənə (podratçıya) bildirir.

Prezident İlham Əliyev 2023-cü il avqustun 19-da “Dövlət satınalmaları haqqında” yeni qanunu imzalayıb. Qanun 2024-cü ilin yanvarında qüvvəyə minəcək.
Qanun dövlət orqanlarına, büdcədənkənar dövlət fondlarına, dövlət adından yaradılmış publik hüquqi şəxslərə, səhmləri (paylarına) dövlət nəzarətində olan hüquqi şəxslərə və digər dövlət müəssisə və təşkilatlarına (idarələrinə) şamil edilir. Azərbaycan İnvestisiya Holdinqinə tabeliyində olan dövlət şirkətlərinin müşahidə şuraları tərəfindən digər maliyyə vəsaitləri hesabına malların, işlərin və xidmətlərin satın alınması qaydalarının təsdiq edilməsini təmin etmək tapşırılıb.

2002-ci ildən qüvvədə olan eyni adlı qanunvericilik aktını əvəz edəcək yeni qanunda təkliflər sorğusu üsulu istisna edilir və kotirovka sorğusu isə dəyəri hazırkı 50 min manat əvəzinə 100 min manatdan aşağı olan alışlar üzrə keçiriləcək. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

İşdən çıxarılanların nəzərinə: Bu halda əmək haqqı ödənilməlidir

ABB əməkdaşlarının futbol oyununa 25 min manat xərcləyəcək

"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Nazirlikdə keçirilən tədbirlərə 2 milyon 300 min manat pul xərclənib

Bu vulkanların ərazisinə giriş dayandırıldı

Yeni nəsil kassa aparatları ilə dövriyyə 6 milyard manatı ötüb

Mərkəzi Bank “Azərpoçt”u cərimələdi - 50 000 ödəyəcək

Bakıda iaşə dövriyyəsi 220 milyon manatı ötüb

Azərbaycanda startap və innovasiyalar üçün dəstək mexanizmləri özünü doğruldurmu?

Bakı şəhərində ticarət dövriyyəsinin həcmi neçə faiz artıb? - STATİSTİKA

SOCAR-ın törəməsinin adı dəyişdirildi, yeni rəhbər təyin edildi - FOTO

Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark - Ağsu Aqroparkı

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Sığorta daxilolmaları artıb - İşsizlikdə 14%-lik yüksəliş

Kompüter təmiri ilə məşğul olan sahibkar nə qədər vergi və sosial ödənişlər etməlidir?

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Kokosu bu ölkədən alırıq - 1 kiloqramını 3 manatdan

Ölkədə ilk smart televizor istehsal ediləcək

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin