Bank
08.12.2023 / 15:10
“AccessBank”dan “FINCA Azərbaycan”a transfer
38229
“FINCA Azərbaycan” Bank Olmayan Kredit Təşkilatı MMC-nin yeni Baş maliyyə inzibatçısı təyin edilib.
Valyuta.az xəbər verir ki, bu, Ruqiyyə Əliyevadır.
R.Əliyeva 2022-ci ilin aprelindən “AccessBank” QSC-nin Maliyyə üzrə İcraçı direktoru idi. Beləliklə, dekabr tarixindən etibarən “Finca Azərbaycan”da çalışacaq.
R.Əliyeva “AccessBank” komandasına 2019-cu ilin dekabr ayında qoşulub və bu təyinatadək Maliyyə Departamentinin rəhbəri vəzifəsində işləyib. “AccessBank”dan öncə isə PwC, Azərbaycan Beynəlxalq Bankı və “Azerconnect” kimi şirkətlərdə audit və maliyyə üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib.
© Banker
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay