“SpaceX” 23 ədəd “Starlink” peykini orbitə çıxarıb
“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan daha 23 ədəd “Starlink” peykini orbitə çıxarıb.
Valyuta.az xəbər verir ki, kompaniyadan verilən məlumata görə, daşıyıcı raket dekabrın 7-də ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 00:05-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb.
Daşıyıcı raketin artıq doqquzuncu dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına eniş edib.
Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 128-ci, cari ildə isə 59-cu qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,5 mindən çox peyk buraxıb. Onların 5,1 mindən çoxu işlək vəziyyətdədir.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay