99 yaşında ölən milyarderin ən pis vərdişi nə olub?
Dünya şöhrətli amerikalı sərmayəçi, milyarder və Berkşir Hetavey şirkətinin sədr müavini Çarli Munqer noyabrın 28-də, 99 yaşında vəfat edib.
Valyuta.az xəbər verir ki, Munqer həyatının təxminən 45 ilini milyarder Vorren Baffetin sağ əli kimi keçirib. "Forbes"in məlumatına görə, 93 yaşlı Baffetin ən etibarlı adamı kimi tanınan milyarder öləndən sonra 2,2 milyard dollarlıq sərvət qoyub.
Noyabrın 14-də CNBC-də yayımlanan "Becky Quick"ə danışan Munqer müsahibədən qısa müddət sonra həyatla vidalaşıb. Uzun və uğurlu həyatının sirrini soruşduqda Munqer "bilmirəm" deyib və bir məsləhət verməyi seçib. Munqer, şəxsi həyatında və karyerasında müəyyən risklərdən qaçaraq həmişə diqqətli olduğunu söyləyib: "Nəyin bahasına olursa olsun dəlilikdən uzaq olun. Dəlilik etmək asandır. Sadəcə qaç, qaç, qaç". Digər tərəfdən həyatında bir neçə dəfə sərxoş olduğunu və siqaret çəkdiyini bildirən milyarder ətrafdakı alkoqolizm probleminə də diqqət çəkib, bu vəziyyətə düşmək istəmədiyini bildirib. Bu səbəbdən ömrü boyu hər cür uğursuzluqdan qaçdığını və çox ehtiyatlı olduğunu deyib.
Munqer, heç vaxt imtina edə bilməyəcəyi iki vərdişinin "Croquant" (Şirniyyat növü) və "Diet Coke" ("Koka-Kola"ya bənzər içki növü) olduğunu da deyib: "Əminəm ki, "Diet Coke" həyatımı bir az da qısaldır, amma vecimə deyil".
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay