İlham Əliyev energetika ilə bağlı qanunun tətbiqi barədə fərman imzalayıb
Prezident İlham Əliyev “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Valyuta.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, həmin Qanuna uyğun olaraq, enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Qanunun mətni ilə linkdə tanış ola bilərsiniz.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay