Rəqəmsal rubl Rusiyanın 11 şəhərində sınaqdan keçirildi
Rəqəmsal rublun sınaqları zamanı artıq Rusiyanın 11 şəhərində 900 mindən çox əməliyyat həyata keçirilib.
Valyuta.az xəbər verir ki, Rusiya Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova Dövlət Dumasında çıxış edərək, 2024-cü ildə Rusiya Federasiyasında 30-a yaxın bankın rəqəmsal rublla əməliyyatlara cəlb olunacağını qeyd edib.
“İndi pilot rejimdə 13 bankımız var, pilot tam olaraq plana uyğun gedir... Artıq ikinci dalğaya hazır olan 15 bankımız var. Gələn il isə hesab edirik ki, ümumilikdə pilot rejimdə 30-a yaxın bank olacaq”, - deyə sədr müavini bildirib.
Skoroboqatova əlavə edib ki, 2025-ci ildə rəqəmsal rublun daha geniş tətbiqinə başlanılacaq.
Rəqəmsal rubl Rusiya milli valyutasının rəqəmsal formasıdır, bir nağd rubl bir rəqəmsal rubla bərabərdir, Mərkəzi Bank bildirir.
Rusiyada rəqəmsal rubl haqqında qanun avqustun 1-dən qüvvəyə minib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay