Amerikalıların üçdə birindən çoxu bu il Milad hədiyyələri almayacaq
Amerikalıların üçdə birindən çoxu yüksək inflyasiya səbəbindən bu il Milad hədiyyələri almamaq məcburiyyətində qalıb.
Valyuta.az xəbər verir ki, bu barədə FoxNews WalletHub sorğusuna istinadən yazır.
Aparılan sorğuya görə, amerikalıların üçdə birindən çoxu yüksək inflyasiya səbəbindən bu il Milad hədiyyələri almamaq məcburiyyətində qalıb. Bundan əlavə, respondentlərin 28%-i bayram alış-verişinə ötən illə müqayisədə daha az pul xərcləməyi planlaşdırır. Demək olar ki, hər dörddə biri əvvəlki Milad xərclərinin borclarını hələ də ödəməyib.
Teleaparıcı Molli Laynın sözlərinə görə, çətin həyat vəziyyətinə düşmüş amerikalılar üçün hədiyyələr almağın yeganə fürsəti Qurtuluş Ordusunun Mələkləri layihəsi ola bilər.
Sorğu həmçinin müəyyən edib ki, hər beş amerikalıdan biri bayram alış-verişlərini ödəməkdən ötrü yeni kredit kartı üçün qeydiyyatdan keçmək niyyətindədir. Respondentlərin təxminən yarısı inflyasiyanın onların xeyriyyə ianələrinə təsir etdiyini qeyd edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay