Dünya
04.12.2023 / 14:58
Avropanın mərkəzində yüksək patogenli quş qripi epidemiyası qeydə alındı
37829
Belçika yüksək patogenli quş qripi (H5N1) xəstəliyi yayılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, epidemiya ölkənin şimal-qərb hissəsindəki quşçuluq fermasında baş verib.
Bu mövsümün ilki olan epidemiyanın Fransa yaxınlığındakı Dixmued şəhərində aşkar edildiyi dəqiqləşdirilir. Epidemiya nəticəsində 95 quş tələf olub, daha 20 100 quş isə kəsilib.
Bundan əvvəl İsraildə hind quşlarında H5N1 quş qripinin təhlükəli ştamının aşkar edildiyi bildirilirdi. Qüdsün qərbindəki Zora bölgəsində virusun artıq 10,500 hind quşunun olduğu sürüdə 43 quşun öldüyü deyilir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay