BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
37757

Bakı şəhərində yerləşən mağazalarda satılan yerli və xarici bitki yağlarının qiyməti azalıb. Alıcılar deyirlər ki, son aylar qiymətlər təxminən 15-20 faiz enib. Mütəxəssislər bu yağların qiymətlərinin ucuzlaşmasını xammalın dəyərinin enməsi ilə əlaqləndirirlər. Qeyd edək ki, ölkəmizdə bu istiqamət üzrə illik tələbat 85 min tondur. Onun 46 min tona yaxını idxal olunur.

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu ilin oktyabr ayında əvvəlki aya nisbətən günəbaxan və qarğıdalı yağlarının, manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin qiymətlərində azalma müşahidə olunub. 2023-cü ilin yanvar ayında idxal günəbaxan yağının bir litrinin orta aylıq pərakəndə satış qiyməti 6,28 manat idisə, iyun ayında bu rəqəm 5,92 manat olub. Bəs görəsən, ucuzlaşma əsaslıdırmı və tendensiya davam edəcəkmi?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, hazırda Azərbaycanın günəbaxan yağı üçün xammal təminatının təxminən iki-üç faizi yerli istehsal hesabına həyata keçirilir: “Əsas faiz idxal mənbələri hesabına formalaşdırılır. Çərəz kimi istifadə olunan günəbaxan tumlarının istifadəsi üçün yerli məhsulun təxminən 65-70 faiz payı var. Eyni zamanda, günəbaxan dəninin yerli xammal payı 14 faizə yaxın təşkil edir. Hesablamalara görə, yaxın gələcəkdə günəbaxan dəninin yerli özünü təminetmə səviyyəsini 25 faizə yüksəltmək olar. Fermerlər daha məhsuldar, yağ çıxımı yüksək olan toxumlardan istifadə göstəricilərini getdikcə artırırlar”.

F.Fikrətzadə vurğulayıb ki, Azərbaycanda qarğıdalı daha çox dən formasında istifadə edilir: “Az miqdarda qlükoza üçün xammal kimi istifadə olunur. Qarğıdalı yağının xammalı bütövlükdə idxal mənbəyi hesabına təmin olunur. Çünki bizim şəraitdə bunun yağ məqsədi üçün istehsal ənənəsi yoxdur. Yaxın gələcəkdə də belə olacaq”.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı bitki yağlarının qiyməti kəskin artmışdı: “Günəbaxan, qarğıdalı yağlarını dünya bazarına Ukrayna daha çox ixrac edir. Müharibənin ilkin dövründə onlar ixrac edə bilmədi və qiymətlər bir neçə dəfə artdı. 2022-ci ilin iyul ayından Türkiyənin vasitəçiliyi ilə taxıl dəhlizi işə düşdü. Eyni zamanda, Ukraynanın quru sərhədləri vasitəsi ilə qərbə ixrac həyata keçirildi. Nəticədə qiymətlər azaldı və demək olar ki, müharibə ilə bağlı qiymət artımı aradan qalxdı”.

X.Kərimli bildirib ki, ölkəmizdə günəbaxan, qarğıdalı istehsalını genişləndirmək mümkün deyil: “Bizim torpaqlar Rusiya və Ukraynadakı kimi münbit deyil. Harada əkilsin? Bizim əkinə yararlı torpaqlarımız azdır. Orada da arpa, buğda əkilir. Bu o deməkdir ki, gələcəkdə də idxaldan asılı olacağıq. Özümüz bitki yağlarını hasil etsək belə, bu, məhsulun ucuz olacağı anlamına gəlmir”.

Deputat Rüfət Quliyevin sözlərinə görə, biz bazar iqtisadiyyatı yolu ilə gedirik: “Bazar iqtisadiyyatının əsas qanunlarından biri də tələb-təklif, rəqabətdir. Təbii ki, tələb-təklifdən asılı olaraq qiymət formalaşır. İstənilən məhsul bol, tələbi az olanda qiymətlər ucuzlaşır. Burada mövsümi faktor da ola bilər. Yaxud kənd təsərrüfatı məhsulu çox yığılıb və emal edilib”.

Deputat əlavə edib ki, ölkə daxilində günəbaxan, qarğıdalı istehsalını genişləndirməklə xarici xammal bazarından asılılığı azaltmaq olar: “İstehsal nə qədər çox artsa, həmin məhsulların qiyməti ucuz olacaq”.

2023-cü ilin yanvar-oktyabrında Azərbaycanda 29,2 min ton günəbaxan istehsal edilib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 28,5 min ton olub.

2022-ci ilin məlumatlarına əsasən, Azərbaycanda günəbaxanın əkin sahəsi 11.5 min hektar olub. 2022-ci ildə günəbaxanın əkin sahəsi 2015-ci ilə nisbətən 7,5 faiz, 2021-ci ilə nisbətən isə 3,6 faiz artıb.

Ötən ildə ölkəyə idxal olunan günəbaxan dəninin 41 faizi Çinin, 31,4 faizi Türkiyənin, 23,5 faizi isə Rusiyanın payına düşüb.
2022-ci ildə “Xam günəbaxan və ya saflor yağı və onun fraksiyaları” idxalının 89,6 faizi Rusiyanın, 10,4 faizi isə Türkiyənin payına düşüb. “Günəbaxan və ya saflor yağı və onun fraksiyaları” idxalının isə 90,3 faizi Rusiyanın, 6,4 faizi Türkiyənin və 1,9 faizi Ukraynanın payına düşüb.
Əlavə edək ki, 2022-ci ildə ölkəyə qarğıdalı idxalı 2015-ci ilə nisbətən 2,4 dəfə azalıb, 2021-ci ilə nisbətən isə 2,5 dəfə artaraq 75,9 min ton olub. 2022-ci ildə ölkəyə idxal olunan qarğıdalının 97,8 faizi Rusiyanın, 1,3 faizi isə Türkiyənin payına düşüb.

Ötən il ölkəyə idxal olunan “xam qarğıdalı yağı və onun fraksiyaları” 2021-ci ilə nisbətən 23,8 faizi azalaraq, 12,9 min ton, “qarğıdalı yağı və onun fraksiyaları” isə 23,7 faiz artaraq 4,5 min ton olub. ("Kaspi" qəzeti)


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin